Azərbaycan İdeyası

Peterburqda azərbaycanlını keçmiş polis güllələyib – Foto

Tarix:21-06-2016, 23:22
Baxış Sayı:374

Peterburqda azərbaycanlını keçmiş polis güllələyib – Foto
Sankt-Peterburqdakı Sofiyski tərəvəz bazasında kütləvi dava zamanı 43 yaşlı Azərbaycan vətəndaşının öldürülməsinin təfərrüfatları məlum olub.

Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları ehtimal edirlər ki, atəş açan Dövlət Xalq Nəzarətinin keçmiş əməkdaşı 27 yaşlı Emil Hüseynov olub.

Şahidlərin sözlərinə görə, iyunun 20-də yerli vaxtla saat 14-ə yaxın Sofiyski tərəvəz bazasında ən azı 100 nəfərin iştirakı ilə kütləvi dava düşüb. İki Azərbaycan vətəndaşı – 43 yaşlı İsmayılovla 27 yaşlı Hüseynov arasında mübahisə qızışıb. İlkin versiyaya görə, mübahisə İsmayılovun borclu olması səbəbindən baş verib. Münaqişə zamanı Hüseynov borclu olan həmyerlisinin sifətinə travmatik tapançadan atəş açıb. Polis gələnə qədər bazardakı ticarətçilər Hüseynovu yaxalayaraq döyüblər, nəticədə onu xəstəxanaya yerləşdiriblər.

Məlumatda qeyd edilir ki, Hüseynov 2000-ci ildə Daxili İşlər Nazirliyinin universitetini bitirib, sonradan Kirov rayonunda sahə müvəkkili işləyib. Onun 2012-ci ildən sonra Dövlət Xalq Nəzarətində işlədiyi bildirilir.

Hazırda Sofiyski bazarını ictimai asayişi qorumaq üçün polis və OMON mühasirəyə alıb. Cinayət işinin qaldırılması haqda qərar müzakirə edilir.

Qeyd edək ki, Sofiyski tərəvəz bazasında öldürülən azərbaycanlı iş adamının adı Maarif olub. O, 25 nömrəli anbarın baş icarədarı olub. Bu haqda qətlə yetirilənin dostu, hadisənin şahdi olan Ramil deyib.

“Mən Maarifi 18 ildir tanıyırdım. O, anbarın direktoru idi. Burada onun qohumları – böyük qardaşı da işləyir. Düşünürəm ki, baş verənlər hansısa kriminalla bağlıdır. Maarifə həmişə etibar edilməli idi. O, sözünün sahibi idi, düzgün adam idi”, – Ramil vurğulayıb.

Peterburqda azərbaycanlını keçmiş polis güllələyib – Foto [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO