Azərbaycan İdeyası

Bu rayonda gecə küçəyə çıxmamaq tövsiyə edildi - Saqqallı kişi...

Tarix:24-06-2016, 19:17
Baxış Sayı:644

Bu rayonda gecə küçəyə çıxmamaq tövsiyə edildi - Saqqallı kişi...
Ağdaşda Qoşaqovaq kəndində bir neçə gündür ki, insanlar həyəcan içində yaşayır.

Kənd sakinlərinin verdiyi məlumata görə, bir neçə gündür ki, tanımadıqları qara paltarlı şəxs həyətlərə girərək sakinləri təlaşa salır. Sıx və uzun saqqallı bu adamı tanımayan kənd sakinləri dəfələrlə onu tutmağa çalışsa da, buna nail ola bilməyiblər. Bildirilir ki, naməlum şəxs həyətlərə girərək gecə saatlarında alışqan işığı yandırır və oturaraq siqaret çəkir. Məsələ ilə bağlı sakinlər polisə müraciət də ediblər.

Qoşaqovaq kənd sakinləri bildirib ki, polislər artıq kənddə araşdırmalara başlayıb və bir neçə polis nəfəri yaşayış məntəqəsinin ərazisində keşik çəkir. Həmçinin əhaliyə hava qaralandan sonra küçəyə çıxmamaq tövsiyə edilib.

Ağdaş rayon Polis Şöbəsindən bildirilib ki, məsələdən xəbərdardırlar və müvafiq tədbirlər görülür. Qoşaqovaq kəndi üzrə polis sahə müvəkkili Murad Quliyev isə bildirib ki, artıq 10-a yaxın evin həyətinə həmin naməlum şəxsin daxil olaraq həyəcan yaratması müəyyənləşdirilib. İnsanlara və onların mülkünə hər hansı ziyan vurmayan “çağırılmamış” qonaq daha çox təşviş yaradaraq təlaşa səbəb olur. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.(Lent.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO