Azərbaycan İdeyası

Mirmahmud Mirəlioğluna ağır itki

Tarix:25-06-2016, 19:15
Baxış Sayı:379

Mirmahmud Mirəlioğluna ağır itki
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya ağır itki üz verib.

Mirəlioğlunun bacısı oğlu vəfat edib.

Bu barədə KXCP sədr müavini Xəzər Teyyublu xəbər verib. Onun sözlərinə görə, 11- ci sinif şagirdi olan Ümid qəflətən dünyasını dəyişib. "Ümüd sağlam, bacarıqlı və oxuyan uşaq olub. Onun qəfil vəfatı qohumlar üçündə qaranlıq qalır. Mərhumun nədən öldüyü bəlli deyil. Ümid doğulduğu Masallı rayonunda dəfn ediləcək".

Yeniyetmə bu il orta məktəbdən məzun olub. O, ali məktəbə daxil olmağa hazırlaşırdı.

Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil. Onun üç övladı erkən həyatdan köçüblər. İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.

Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib. 2012-ci ildə isə Mirəlioğlunun qızı qəflətən dünyasını dəyişib. Partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, gənc qadın evdə keçinib. Fəttayeva ailəli olub və Məhəmmədəmin adlı bir oğlu ondan yadigar qalıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub