Azərbaycan İdeyası

Sabirabadda ağır qəza - Sürücü öldü

Tarix:4-07-2016, 21:58
Baxış Sayı:7 009

Sabirabadda ağır qəza - Sürücü öldü
Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Rayonun Polis İdarəsindən verilən məluamata görə, hadisə Qaratoğay kəndində qeydə alınıb. Sabirabad sakini, 1978-ci il təvəllüdlü Kərim Süleyman oğlu Hüseynov idarə etdiyi “Fiat” markalı 10- TG- 780 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq hasara çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, rayonun Həşimxanlı kənd sakinləri - 1985-ci il təvəllüdlü Röyal Akif oğlu Əsədov, onun qardaşı 1982-ci il təvəllüdlü Xəyal Akif oğlu Əsədov ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılara ilkin tibbi yardım göstərilsə də, 38 yaşlı Kərim Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Ölümlə nəticələnən daha bir qəza Şəmkir rayonunun Seyfəli kəndində baş verib. Rayon sakini Xəlil Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.(Anspress.com) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO