Azərbaycan İdeyası

Moskva prospektinin adı dəyişdirildi

Tarix:7-07-2016, 22:24
Baxış Sayı:310

Moskva prospektinin adı dəyişdirildi
Bu gün Kiyev Şəhər Şurası paytaxtın Moskva prospektinin adının dəyişdirilərək Stepan Bandera adlandırılması ilə bağlı qərar qəbul edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Kiyev Şəhər Şurasının deputatı Yuri Sirotyuk öz "Facebook" səhifəsində yazıb. “Ura! Artıq Kiyevdə Stepan Bandera adına prospekt var. 97 deputatdan 87-si lehinə səs verdi. Əleyhinə səs verən olmadı. Ukraynaya eşq olsun”, - deyə o qeyd edib.

Y. Sirotyuk Vatutin prospektinin Roman Şuxeviç prospekti adlandırılması məsələsinə baxılacağını da vurğulayıb.

Qeyd edək ki, Stepan Bandera Ukrayna millətçiliyinin ideoloqlarından biridir. O, 1930-40-cı illərdə fəaliyyət göstərmiş Ukrayna Millətçiləri Təşkilatının lideri olub. Faşistlər tərəfindən həbs edilib və müharibədən sonra azadlığa çıxıb. 1959-cu ildə Münhendə DTK agenti tərəfindən qətlə yetirilib.

Roman Şuxeviş isə İkinci Dünya müharibəsi illərində həm faşistlərə, həm də sovet ordusuna qarşı müharibə aparmış Ukrayna Üsyançı Ordusunun komandanı olub. O, 1950-ci ilə qədər Ukraynanın müstəqlliyi uğrunda mübarizə aparıb və həmin il Ukraynada DTK əməkdaşları tərəfindən öldürülüb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO