Azərbaycan İdeyası

Kamran Həsənlinin bacısı istintaqa cəlb edildi - Ölkədən çıxışına qadağa qoyuldu

Tarix:8-07-2016, 18:06
Baxış Sayı:310

Kamran Həsənlinin bacısı istintaqa cəlb edildi - Ölkədən çıxışına qadağa qoyuldu
Müğənni Samir Piriyevdən külli-miqdarda pul alıb qaytarmadığı üçün dələduzluqda ittiham edilən aparıcı Kamran Həsənlinin bacısı Gülər Həsənli də istintaqa cəlb edilib.

S.Piriyevin vəkili Ceyhun Yusifov bildirib ki, G.Həsənli Bakı şəhər Baş Polis İdarəsində zərərçəkmişlərlə üzləşdirilib.

Samir Piriyev istintaqda Kamran Həsəli, Gülər Həsənli və özünün keçmiş həyat yoldaşı Yeganə Mansurova ilə üzləşdirilib: “Üzləşmə zamanı aydın olub ki, Kamran Həsənlinin Gülər Həsənli ilə əlbir olaraq əvvəlcədən planlı şəkildə Samir Piriyevin 115 min dollarını ələ keçirmək niyyətləri olub”.

Vəkil qeyd edib ki, G.Həsənli istintaqa ifadə verdikdən sonra ölkəni tərk etmək istəyib: “O, Heydər Əliyev adına Hava Limanında saxlanılıb və xəbərdarlıq edilib ki, ölkədən çıxışına qadağa qoyulub. Cinayət işi başa çatana kimi G.Həsənli ölkəni tərk edə bilməz.

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.(Qafqazinfo.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı