Azərbaycan İdeyası

"Pulu ödəməsəm, uşağımı girov götürəcəklər" - FOTOLAR

Tarix:8-07-2016, 18:12
Baxış Sayı:402

"Pulu ödəməsəm, uşağımı girov götürəcəklər" - FOTOLAR
"Pulu ödəməsəm, uşağımı girov götürəcəklər" - FOTOLAR
"Pulu ödəməsəm, uşağımı girov götürəcəklər" - FOTOLAR
Qohumum dedi ki, pulu ödəməsəm, uşağımı girov götürəcək".

Qaynarinfo.az bildirir ki, bu sözləri Şamaxı rayonu Dağ Göylər kənd sakini Zamin Bəşirov qafqazinfo-ya müraciətində deyib. Hazırki vəziyyətinin çətin olduğunu söyləyən Z. Bəşirov bankdan aldığı kreditləri ödəyə bilmədiyini bildirib:

"Övladım ağır astma xəstəsidir, hər şeyimi satmışam, artıq tükənmişəm, müalicə etdirə bilmirəm, bank da evimi əlimdən alır. Dərmanlar həftəlik 50-70 manat tutur. Uşağımın əməliyyatı üçün indiyə kimi 32 min manat kredit götürmüşəm. Onların bir neçəsi qohumlarımın adınadır. Bacardığımı ödəyirəm, ancaq hazırda gücüm çatmır. Bir qohumum da deyib ki, pulu ödəməsəm, uşağımı girov götürəcək, çarəsizəm".

Z. Bəşirovun sözlərinə görə, 2011-ci ildə oğlu Nurlan anadan olarkən həkimlər onu əllərindən salıblar. Başında problem yarandığına görə iki dəfə baş beyin əməliyyatı keçirib. Daha sonra uşaqda astma xəstəliyi aşkar edilib:

"Bu xəstəlik bizdə irsidir. Uşaq hazırda aparatdan asılı vəziyyətdədir. Xəstəxanalarda uşağı minimum 10 gün yatızdırmaq 300-500 manata başa gəlir. Uşaq iki aydan bir yatmalıdır, yoxsa vəziyyəti pisləşir. Mal-qaramı satdım. İndi isə işsiz qalmışam. Bütün texnikamı satmışam. Əvvəllər kənddə mal-qara, əkin-biçinlə birtəhər dolanırdıq. AGBank-ın pulunu ödəyə bilmirəm. Evimi girov qoymuşdum. İndi bank mənə 3 ay vaxt verib. Əgər ödəməsəm, evimi əlimdən alacaqlar. Sosial müavinət də ala bilmirəm, çünki banka borcluyam. Şamaxı Rayon İcra Hakimiyyətindən də mənə deyiblər ki, bizlik deyil. Artıq kimə müraciət edəcəyimi bilmirəm".

Qeyd edək ki, Z. Bəşirovun həyat yoldaşında da yaddaş pozğunluğu var və xəstəlik vaxt ötdükcə şiddətlənir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı