Azərbaycan İdeyası

Sabiq polis rəisinə 200 min "atan" qadına 11 İL HƏBS TƏLƏBİ

Tarix:8-07-2016, 18:52
Baxış Sayı:391

Sabiq polis rəisinə 200 min "atan" qadına 11 İL HƏBS TƏLƏBİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Criminal.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı baş çatıb və çıxışlar mərhələsinə keçirilib.

Dövlət ittihamçısı çıxışı zamanı Aygün Babaşovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkən şəxslər prokurorun çıxışı ilə razı olublar. Onlar həmçinin dəymiş ziyanın da ödənilməsini istəyiblər. Təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyini şəxsə bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə təqsirləndirilən şəxsə son söz deməyi təklif edib. O, son söz üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq. Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi çalışıb. Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib. A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb