Azərbaycan İdeyası

Türkiyədə üç nəfəri öldürən azərbaycanlılar tutuldu

Tarix:10-07-2016, 16:55
Baxış Sayı:752

Türkiyədə üç nəfəri öldürən azərbaycanlılar tutuldu
Saxlanılan hər üç şəxs barədə cinayət işi başlanıb.

Türkiyədə qəsdən qətl törətməkdə şübhəli bilinən üç nəfər Marneuli sakini olan azərbaycanlı Gürcüstan prokurorluğu tərəfindən saxlanılıb.

Criminal.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstan prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Türkiyədə qəsdən qətl törətməkdə şübhəli bilinən Elnur Antesov, Vüqar Quliyev və Azadə Omərova “Sarpi” gömrük məntəqəsini keçərkən saxlanılıblar. Prokurorluqdan bildirilib ki, saxlanılanlar 2016-cı il yanvarın 28-də Türkiyənin Düzcə bölgəsində Marneuli sakini olan Ema Şərifovanı, onun bacısı 46 yaşlı Elnaz Şərifova və nəvəsi 19 yaşlı Sahib Şərifovu boğazını kəsərək qətlə yetiriblər. İstintaqın versiyasına görə, öldürülən Elnaz və Ema Şərifovalar Türkiyədə çalışıblar və qazandıqları pulu evdə saxlayıblar. Saxlanılan şəxslərdən biri Azadə Omarova yanvarın 6-da Şərifovaların Düzcə bölgəsindəki evinə gəlib.

A.Omarova Şərifovaların etibarını qazanıb və yanvarın 26-da Türkiyəyə gələn digər Marneuli sakini Elnur Antesovla Şərifovaların pulunu mənimsəmək üçün cinayət törətmək qərarına gəliblər. E.Antesov İstanbula qayıdaraq, Marneulidən olan dostu Vüqar Quliyev ilə görüşüb. Sonra Azadə Omarova, Elnur Antesov və Vüqar Quliyev Düzcəyə gələrək Şərifovlar ailəsinin bütün üzvlərini - iki bacı - 56 yaşlı Emma və 46 yaşlı Elnaz Şərifovaları, həmçinin onlardan birinin 19 yaşlı nəvəsi Sahib Şərifovu boğazlarını kəsərək öldürüblər.

Saxlanılan şəxslər evdə olan pul və kompüter, mobil telefonlar və digər qiymətli əşyaları özləri ilə götürüblər və “Sarpi” gömrük məntəqəsini keçərək Gürcüstana qayıdıblar.

Hazırda saxlanılan hər üç şəxs barədə cinayət işi başlanıb və Gürcüstan CM-nin 109-cu maddəsinin 2 və 3-cü bəndi ilə (iki və ya daha çox şəxsin, tamah üçün bir qrup şəxs və ya sifariş nəticəsində qəsdən adam öldürmə) araşdırma aparılır. Təqsirləndirilən şəxsləri 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.