Azərbaycan İdeyası

Bakıda 2 nəfəri bıçaqlayan şair həbs edildi - YENİLƏNİB 4

Tarix:6-03-2015, 16:47
Baxış Sayı:581

Şadlıq evinin qarşısında Mübariz Məsimoğlunu bıçaqlayan şəxsin özü də şair imiş

Bakıda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb. Paytaxtın Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1962-cı il təvəllüdlü şair Mübariz Məsim oğlu Nəsibovu və onun dostu, 1960-cı il təvəllüdlü Cavanşır Əkbər oğlu Kazımovu bıçaqlayan 1954-cü il təvəllüdlü Hürriyət Məmməd Oğlu Məmmədov yaxalanıb.

Qeyd edək ki, H. Məmmədov Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.

Xatırladaq ki, hadisə metronun "Qara Qarayev" stansiyası yaxınlığında qeydə alınıb.


*****

11:28

Dünən axşam şadlıq evinin qarşısında bıçaqlanan şair Mübariz Məsimoğlu baş verən hadisə ilə bağlı “Kulis”ə danışıb.

Qarın boşluğu, bud və əl nahiyəsindən yaralar alan M.Məsimoğlu bildirib ki, onu vuran şəxs şair həmkarı, AYB üzvü Hürriyyət Məmmədzadədir: “Konkret heç bir səbəb yoxdur. Sadəcə, onu bəzi yaramaz hərəkətlərinə görə öz stoluma buraxmırdım. Bu da öz aləmində qisas almaq istəyib. Törətdiyi əməli əvvəldən planlaşdırıb. Qəfil məni vurdu, müqavimət göstərib bıçağı əlindən aldım və buraxdım, ikinci dəfə ikinci bıçaqla hücum etdi. Amma bu yaralar elə də dərin deyil. Birinci vurduğu bıçaq qarın boşluğuma işləyib, ancaq heç bir orqana zərər dəyməyib. İndi palatadayam, özümü yaxşı hiss edirəm.”

Hadisəni törədən H.Məmmədzadə hadisə yerindən qaça bilib və hazırda harda olduğu bilinmir.


*****


10:34


Dünən axşam bıçaqlanan şair Mübariz Məsimoğlunun vəziyyəti stabildir. 3 saylı Şəhər Klinik Xəstəxanasından Kulis-ə verilən məlumata görə şair əməliyyat olunub.

Qarının ön divarında, sol budunda və sol əlin ikinci barmağında deşilmiş yaralar üzərində cərrahiyə əməliyyatı aparılıb. Şair artıq palataya köçürülüb, müalicəsi davam etdirilir.


*****

01:28


Şair Mübariz Məsimoğlu ilə birlikdə bıçaqlanan şəxsin adı məlum olub. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, bu, 55 yaşlı Cavanşir Əkbər oğlu Kazımovdur.

Faktla bağlı hələlik saxlanılan yoxdur. Nizami Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, cinayəti törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

**** 00.18

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə metronun "Qara Qarayev" stansiyası yaxınlığında qeydə alınıb. 53 yaşlı Mübariz Məsimoğlu və yaxın qohumu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Şəxsiyyəti hələlik dəqiqləşdirilməyən digər yaralı isə bir bıçaq yarası ilə xəstəxanaya daxil olub.

Qeyd edək ki, Mübariz Məsimoğlu şairdir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO