Azərbaycan İdeyası

Azərbaycanda xəyanətə görə boşananların SAYI

Tarix:12-07-2016, 19:06
Baxış Sayı:549

Azərbaycanda xəyanətə görə boşananların SAYI
Son illərdə Azərbaycanda boşanmaların sayı kəskin artır. İl-ildən artan rəqəmlər cəmiyyət üçün təhlükəli tendensiyanın yaranmasından xəbər verir. Bəs günü gündən artan boşanmaların səbəbi nələrdir? Nəyə görə qurulan ailələr dağılır?

Statistika...

2008-ci ildə Azərbaycanda 79 964 nikah və 7 933 boşanma;

2009-cu ildə 78 072 nikah və 7 784 boşanma;

2010-cu ildə 79 172 nikah və 9 061 boşanma;

2011-ci ildə 89,4 min nikah və 10,6 min boşanma;

2012-ci ildə 78 480 nikah və 11 min 182 boşanma;

2013-cü ildə 86 852 nikah və 11 730 boşanma;

2014-cü ildə 84 912 nikah, 12 088 boşanma faktı qeydə alınıb

Criminal.az xəbər verir ki, “Bizim Yol” qəzetinin yazdığına görə, "boşanma səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, Ədliyyə Nazirliyindən komitəyə daxil olan məlumatlara əsasən, 2015-ci ildə 68 985 nikah qeydə alınıb. Ötən il nikahın pozulması üzrə 12 886 fakt qeydə alınıb.

E.Səfərov deyib ki, Azərbaycanda boşanma səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur. Ötən il Azərbaycanda bu səbəbdən boşanmaların sayı 7318 olub. Ailə daxili zorakılıq (cinslər üzrə statistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609 boşanma faktı qeydə alınıb.

E.Səfərov deyib ki, uşaqların olmaması səbəbindən boşananların sayı azalıb: "Əvvəlki illərdə uşaqlarının olmaması səbəbindən boşananların sayı daha çox olub. Belə boşanmaların sayı 1000-ə yaxın olub". Komitə rəsmisi bildirib ki, ötən il ərzində xəyanətə görə boşanmaların sayı 413, sərxoşluqla bağlı boşanmaların sayı 369, narkomaniya ilə bağlı boşanmaların sayı 171, maddi duruma görə boşanmaların sayı 302, xəstəliyə görə boşanmaların sayı üzrə 224 fakt qeydə alınıb.

E.Səfərovun sözlərinə görə, boşanmalar daha çox 25-35 yaş arası insanlar arasında olur.

“Boşanmalarla bağlı ciddi stereotiplər mövcuddur”

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, xarakter uyğunsuzluğunun göstərilməsi ölkədə boşanmalarla bağlı ciddi stereotiplərin hələ də mövcudluğunu göstərir: "Məsələn, mində bir ərizədə seksual uyğunsuzluq məsələsi və ya zorakılıq faktı qeydə alına bilər. Lakin hansı amilin əsas gətirilməsinə baxmayaraq boşanmalar ciddi bir problem olaraq gündəmdədir və bununla bağlı ciddi tədbirlər gözə dəymir. Bu isə narahatedici bir haldır. Məsələn, boşananlara verilən 3 ayın səmərəli istifadəsi hələ də müzakirə predmeti deyil. Yaxud ailə quran şəxslərin bir ay düşünmə dövrü də səmərli istifadə edilmir. Bir ayda min boşanma ciddi rəqəmdir. Bu yeni evlənənlərin təxmini 25-30 faizini təşkil edir. Qeyd edilən 10 ailədən 7-də boşanma hadisəsinin olması isə artıq 70 faizlik göstəricidir. Bu göstəricidə isə hökumət təcili tədbirlər həyata keçirməlidir". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO