Azərbaycan İdeyası

Şakro Moskvada saxlanıldı – VİDEO + YENİLƏNİB

Tarix:13-07-2016, 10:55
Baxış Sayı:476


O, iki şəxsin qətlində şübhəli bilinir.

Rusiya Daxili İşlər Nazirliyi ölkənin nüfuzlu “qanuni oğru”su Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun saxlanılması anının görüntülərini paylaşıb. Şakro Molody adı ilə məşhur olan qanuni oğru Zaxari Kalaşov Moskvada saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Zaxari Kalaşov kriminal aləmdə 2013-cü ildə Ded Xasan adı ilə məşhur olan Aslan Usoyan öləndən sonra məşhurlaşdı.

Kalaşov 2015-ci ildə dekabrın 14-də Moskvada restoranın yaxınlığında iki nəfəri qətlə yetirməkdə şübhəli bilinir.

“İnterfaks”ın məlumatına görə, Kalaşov həmçinin “Element” restoranının sahibindən iri məbləğdə güclə pul almağın təşkilində ittiham edilir. Bu pul tələb etmə hadisəsi dekabrın 14-də iki nəfərin ölümü ilə nəticələnib.

Hüquq-mühafizə orqanlarında münaqişənin müəssisənin sahibləri və təmir şirkəti arasında baş verdiyi bildirilib. Hər tərəf söhbətə bir neçə adam gətirib, sonradan mübahisə atışmaya çevrilib.

Kalaşov Rusiyada dəfələrlə həbs edilib, məhkəmə qarşısına çıxıb, daha sonra isə 2008-ci ildə, cinayətkar gəlirlərin yuyulmasında təqsirkar bilinərək İspaniyada həbs edilib. Gürcüstanda Şakro qiyabi olaraq 18 il müddətinə məhkum edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb