Azərbaycan İdeyası

7 yaşlı uşaq ehtiyatsızlıqdan ağır xəsarət aldı

Tarix:13-07-2016, 11:03
Baxış Sayı:609

7 yaşlı uşaq ehtiyatsızlıqdan ağır xəsarət aldı
Ağdamda 7 yaşlı uşaq ehtiyatsızlıqdan ağır xəsarət alıb. Criminal.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində baş verib. Kənd sakini 2009-cu il təvəllüdlü Bayramlı Rəvan Qədir oğlu qaçarkən yıxılıb. Nəticədə əlindəki uzunluğu 2 metrədək olan armatur R. Bayramlının sol bud nahiyəsinə batıb.

Valideynləri dərhal Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin Xilasedicilərini və təcili tibbi yardımı köməyə çağırıblar. Hadisə yerinə gələn xilasedicilər uşağın ayağını dəlib keçmiş armaturu kəsib qısaltdıqdan sonra yaralı təcili yardım maşını ilə Ağdam Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, R.Bayramlının ayağında qalan dəmir parçası çıxarılıb və hazırda uşağın həyatına təhlükə yoxdur. Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb