Azərbaycan İdeyası

İt üstündə DAVA: Gənclər öldü

Tarix:13-07-2016, 13:53
Baxış Sayı:435

İt üstündə DAVA: Gənclər öldü
Türkiyənin Konya əyalətinin Beyşehir rayonunun sakinləri ərazidə məskunlaşan suriyalı qaçqınların buradan çıxarılmasını tələb edirlər.

BiG.AZ xəbər verir ki, buna səbəb iyulun 9-da yerli gənclərlə suriyalı qaçqınlar arasında düşən və 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən dava olub.

“Biz oğlumuzu itirdik, başqa birinin də həlak olmasını istəmirik. Buna görə də Beyşehrin sakinlərinin qollarını açaraq qəbul etdikləri suriyalılar buranı tərk etməlidirlər”, - deyə həlak olan 18 yaşlı Mehmet Bayraktarın valideynləri bildirib.

Dava Mehmet suriyalıya sahibsiz iti döyməyinə mane olarkən düşüb.

Davada bıçaq yarası alan 21 yaşlı suriyalı qaçqın İbrahim də ölüb, bundan başqa 20 yaşlı Qasım, 26 yaşlı Abdulla Məhəmməd və 22 yaşlı Əhməd Sədi yaralanıb.

Rayon sakinlərinin narazıçılığının açıq qarşudurmaya keçmə təhlükəsi var, bunu nəzərə alan hüquq-mühafizə orqanları rayonda təhlükəsizlik tədbirlərini artıraraq rayona əlavə polis qüvvəsi cəlb ediblər.

Qeyd edilir ki, Beyşehir rayonunda təxminən 900 suriyalı yaşayır.

Yerli sakinlərin onlardan bir neçəsinin evini daş-qalaq etdikdən sonra suriyalıların bir hissəsi rayonu tərk etməli olub, digərləri isə evdən bayıra çıxmırlar./1news.az/ [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO