Azərbaycan İdeyası

“Şeş-Beş”in sahibinin sürücüsü öldürüb çaya atdılar

Tarix:14-07-2016, 10:19
Baxış Sayı:359

“Şeş-Beş”in sahibinin sürücüsü öldürüb çaya atdılar
Moskva çayından cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib. Criminal.az saytı xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məlum olub ki, ötən həftənin bazar günü cəsədi tapılan şəxs "Şeş-Beş" restoranlar şəbəkəsinin sahibi, tanınmış biznesmen Qeys Məmmədovun sürücüsüdür.

Azərbaycanlı sürücünün başından güllələnərək qətlə yetirildiyi, daha sonra torbaya qoyularaq Moskva çayına atıldığı bildirilib. Hüquq-mühafizə orqanları qətlin sifariş məqsədi ilə törədildiyi versiyasını üzərində dayanıb.

İstintaqdakı mənbənin verdiyi məlumata görə, qətl iş adamını qorxutmaq məqsədi ilə törədilib. Qeys Məmmədova son zamanlar kriminal aləmdən adamların təzyiq etdiyi bildirilir. Mənbənin ehtimalına görə, azərbaycanlı iş adamı yaxınlarına sui-qəsdin planlaşdırıldığından əvvəlcədən xəbərdar olub. Baş verən hadisədən sonra restoranın baş ofisində axtarış aparılıb, Qeys Məmmədov dindirilib. Hadisə ilə bağlı artıq ilk şübhəli şəxs saxlanılıb. Rusiya İstintaq Komitəsi həmin şəxslərin kimliyini açıqlamır.

Qeyd edək ki, Qeys Məmmədovun milliyyətcə azərbaycanlı olan sürücüsü Moskvanın qərbində öldürüləndən sonra ayağına ağır dəmir parçası bağlanaraq, Moskva çayına atılıb. Onun cəsədi atıldığı yerdən 7-8 kilometr uzaqda tapılıb. Cəsədi Moskva çayın yanından keçən piyada təsadüfən görüb. Qətlə yetirən şəxsin Rusiya vətəndaşı olduğu bildirilsə də, adı hələlik açıqlanmır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO