Azərbaycan İdeyası

“Sumka daşımaqdan belimdə “qrija” əmələ gəlib”

Tarix:14-07-2016, 13:39
Baxış Sayı:394

“Sumka daşımaqdan belimdə “qrija” əmələ gəlib”
Keçmiş polis işçisi, jurnalist Cavid Şirəliyevin anası Zahidə Şirəliyeva oğlunun qanunsuz həbsini iddia edərək onun azadlığa qovuşması tələbi ilə “Qafqazinfo”ya müraciət edib. O bildirib ki, oğlu 2014- cü ilin avqust ayının 31-də həbs edilib:

“Guya, 2013- cü ilin iyun ayında Tovuz rayonun Qovlar şəhərində yerləşən “Tatar” kafesinin icarəçisi Şəfiqə Xankişiyevdən 2000 manat pul tələb edib, əvəzində ondan 700 manat pul alıb. Halbuki Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırması departamenti məktublarında “Tatar” kafesinin 31 dekabr 2012- ci il tarixdən 31 dekabr 2013- cü il tarixədək fəaliyyət göstərdiyini qeyd edib. Yəni 2013- cü ilin iyun ayında belə bir kafe mövcud olmayıb.

Bu fakt Tovuz rayon icra hakimiyyəti başçısının Qovlar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və qəsəbə sakinləri tərəfindən də rəsmi qaydada təsdiq olunub. Şəfiqə Xankişiyeva ifadələrində 2013- cü ilin iyun ayının təxminən ortalarında oğlumla telefon danışığından sonra Qazax rayonunda görüşdüyünü israr edib. Ancaq mobil operatorlardan alınan telefon danışıqlarına dair məlumatlarda heç bir telefon danışığının olmadığı qeyd edilib. Müstəntiq də bu günə kimi belə bir danışığın olmasını sübuta yetirə bilməyib.
“Sumka daşımaqdan belimdə “qrija” əmələ gəlib”
Bütün bu sübutlara baxmayaraq oğlumu jurnalist fəaliyyətinə görə qanunsuz olaraq Cinayət Məcəlləsinin 182.2.1 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etdilər. Biz bu həbs qərarından apellyasiya şikayəti vermişik. 10 günə Apellyasiya Məhkəməsi keçirilməlidir. Oğluma hakim dedi ki, pul aldığını boynuna alsın maddəsini dəyişək, azad edək. Ancaq oğlum etmədiyi bir şeyi yalandan boynuna almaqdan imtina etdi.

İki ildə 48 dəfə məhkəmə keçirildi.Yollarda qaldım. Oğlumun biri dünyasını dəyişib, bir oğlum həbsdədir, həyat yoldaşım vəfat edib. Hər cür xəstəliyim var. Bir anaya bu qədər zülm etməkmi olar? Sumka daşımaqdan belimdə “qrija” əmələ gəlib. Bir sağlam ayaqlarım qalmışdı, indi onları da zorla hərəkət etdirirəm”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb