Azərbaycan İdeyası

15 yaşlı qızın intihar səbəbi - “Anası deyib ki, evdə iş gör”

Tarix:15-07-2016, 12:49
Baxış Sayı:439

15 yaşlı qızın intihar səbəbi - “Anası deyib ki, evdə iş gör”
Lalə Bağırovanın intihar səbəbi kimi ailəsinin ondan ev işləri görməsini tələb etməsi göstərilir. Criminal.az saytı bu barədə AzNews.az-a açıqlamasında rayonun Bayan kənd bələdiyyəsinin sədri Natiq Süleymanov məlumat verib.

“Lalə Bağırova gözəl, əxlaqlı bir ailənin övladıdır. Bağırovlar kənd təsərrüfatı, maldarlıqla məşğul olan, zəhmətkeş bir ailədir. Lalə özü ərköyün bir uşaq idi. 9-cu sinifdən məktəbdən ayrılmışdı. Evin böyük uşağıdır. Yalnız ev işləri ilə məşğul olurmuş - toyuq, cücə, qoyun və s. Özünü asmamışdan əvvəl evdə anası deyib ki, filan işi gör. Biz də təxmin edirik ki, Lalə anası ona hirsləndiyi, iş tapşırdığı üçün özünü asıb. 15 yaşlı uşaqlar bir az dəlisov olurlar. Yəni ki, özünü heç nədən asıb”, - deyə bələdiyyə sədri bildirib.

Xatırladaq ki, Daşkəsən rayonunda intihar hadisəsi baş verib. Rayonun Bayan kənd sakini 2001-ci il təvəllüdlü Lalə Bağırova yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO