Azərbaycan İdeyası

Əbülfəs Qarayevin Xaçmazdakı adamına qarşı ittiham var... - büdcədən silinən pullar hara gedir?

Tarix:19-07-2016, 12:35
Baxış Sayı:274

Əbülfəs Qarayevin Xaçmazdakı adamına qarşı ittiham var... - büdcədən silinən pullar hara gedir?
Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Belə ki, Xaçmaz şəhərinin mərkəzində yerləşən Tarix Diyarşünaslıq Muzeyində keçiriləcək tədbirdən əvvəl təmizlik işləri aparmaq istəyən fəhlənin üstünə binanın fasadındakı heykəllərdən biri aşıb.

Ağır xəsarət alan muzeyin işçisi 48 yaşlı Cahangir Nurəhmədov dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, bölgənin ən böyük muzey kompleksi olan Tarix Diyarşünaslıq Muzeyi 2013-cü ildə tikilərək istifadəyə verilib. Cəmi bir il öncə açılışı edilən muzeydə heykəlin aşması qəribə məsələdir. Deməli, muzeyin təmir-tikinti işləri lazımi səviyyədə aparılmayıb. Baş vermiş bədbəxt hadisədən sonra rayonda bütün diqqətlər Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyinin, daha dəqiq desək, müdir Nazim Ağayevin üzərinə yönəlib. Cahangir Nurəhmədovun başına gələn faciədən çıxış edərək Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin, o cümlədən Nazim Ağayevin fəaliyyəti ilə bağlı qısa araşdırma apardıq. İlk öncə bildirək ki, rayonda 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkı və s. rayon əhalisinə xidmət göstərir. Son illər Xaçmaz və Xudat şəhər Mədəniyyət evləri, rayon Tarix-Diyarşünaslıq muzeyi əsaslı təmir edilib, Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində və sərhədyanı Yalama kəndində filialları yaradılıb. Xaçmazdakı mənbələrdən aldığımız məlumatlara görə, Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin şəbəkəsi geniş olsa da, Nazim Ağayev mədəniyyət obyektlərinin bir hissəsinə yetəri qədər diqqət ayırmır. Mənbəmiz vurğulayır ki, rayondakı klubların bir neçəsi baxımsızlıqdan bərbad vəziyyətə düşüb: "İnsaf naminə deməliyəm ki, Xaçmazdakı bəzi mədəniyyət obyektləri büdcə vəsaitləri hesabına əsaslı şəkildə təmir edilib. Amma bəzi kənd klublarının vəziyyəti ürəkaçan deyil. Sovet dövründə fəallığı ilə seçilən klublar hazırda fəaliyyətsiz vəziyyətdədir. Bunun səbəbkarı isə şöbə müdiridir. Çünki o rayonun mərkəzində yerləşən mədəniyyət evləri və kitabxanalarda bir sıra təmir işləri aparmaqla vəzifəsini bitmiş hesab edir. Bunun nəticəsində ayrı-ayrı kəndlərdə yerləşən klublar unudulub. Şöbə üçün rayonun mərkəzində yeni bina tikilib. Nazim Ağayev özü rahat binada, hər cür şəraiti olan kabinetdə oturur, amma mərkəzdən kənar yerlərdə əhalinin mədəniyyət sahəsi ilə bağlı təsəvvürləri çox aşağı səviyyədədir. Bir neçə il əvvəl həmin klublarda müxtəlif tədbirlər keçirilirdi. Bu gün isə həmin klublardan bir neçəsi az qala tövləni, toyuq hinini xatırladır. Adı sadəcə kağız üzərində mövcud olan bu müəssisələr şöbə müdiri üçün əməlli-başlı qazanc mənbəyinə çevrilib. Deyilənə görə, Nazim müəllim klublarda ştatdan kənar işçilər saxlayır və onlara yazılan aylıq əməkhaqlarını öz mənafeyi üçün sərf edir. "Ölü can" problemi mədəniyyət evlərinin, kitabxanaların bir neçəsində, müsiqi məktəblərində də mövcuddur. Şöbə müdiri açıq-aşkar şəkildə qanunları pozur. Quruma daxil olan mədəniyyət evlərinə, kitabxanalara və klublara mal və inventarların alınması adı altında külli miqdarda vəsait yeyintiyə məruz qalır. Şöbənin rəhbərliyi rəsmi sənədlərdə malların alınma qiymətini şişirtməklə qanunsuzluğa şərait yaradır". Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin sifarişi ilə həyata keçirilən tenderlərdən də danışan mənbə bildirdi ki, Nazim Ağayev təmir-tikinti, habelə müxtəlif avadanlıqların alınması məqsədilə elan edilən tenderlərə özünə yaxın olan şirkətləri cəlb edir: "Nazim müəllim şöbəyə müdir keçəndən indiyə kimi Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin sifarişi ilə bir neçə tender baş tutub. Araşdırma aparılsa məlum olar ki, bu tenderlərin qalibləri arasında şöbə müdirinə yaxın olan şəxslərin şirkətləri üstünlük təşkil edir. Məmur bu vasitə ilə büdcə vəsaitlərinin müəyyən hissəsini öz nəzarətinə keçirib. Belə olan təqdirdə isə büdcə vəsaitləri təyinatı üzrə xərclənmir. Məhz bu tip qanunsuz işlərin nəticəsində şöbə müdiri Xaçmazın ən imkanlı şəxslərindən birinə çevrilib". Adıçəkilən məmurla bağlı əldə etdiyimiz məlumatların digər hissəsi araşdırma tələb etdiyindən bu haqda gələn saylarımızda yazı dərc edəcəyik. Ümidvarıq ki, nazir Əbülfəs Qarayev yazdığımız faktları tezliklə araşdırıb Nazim Ağayevin cəzalandırılması istiqamətində addım atacaq. \\ gundelik-baku.com \\ [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb