Azərbaycan İdeyası

Dövlət çevrilişinə cəhd edən qubernator İNTİHAR ETDİ

Tarix:20-07-2016, 10:53
Baxış Sayı:294

Dövlət çevrilişinə cəhd edən qubernator İNTİHAR ETDİ
Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı vəzifəsindən uzaqlaşdırılmış Manisa vilayətinin Ahmetli rayon qubernatoru Necmi Akman intihar edib.

Criminal.az report-a istinadən bildirir ki, keçmiş məmur mühafizə polisinin tapançasıyla öz başına atəş açıb. Məlumata görə, Manisada iyulun 18-də vəzifəsindən uzaqlaşdırılmış 3 qubernatordan biri olan Necmi Akman Ulucamidə polis Ahmet G-nin ani ehtiyatsızlığından istifadə edərək onun belindəki tapançanı ələ keçirib.

Polisin cəhdlərinə baxmayaraq o, silahdan öz başına atəş açıb. Hadisə yerinə çağırılmış təcili yardım maşınıyla əvvəlcə Ahmetli Dövlət Xəstəxanasına çatdırılmış Necmi Akman ilkin tibbi yardımdan sonra Turqutlu Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlər ağır yaralanmış keçmiş məmurun həyatını xilas edə bilməyiblər. Tapançası alınmış polis Ahçet G isə ifadəsi alınmaq üçün saxlanılıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb