Azərbaycan İdeyası

Ziya Məmmədovun daha bir səlahiyyəti alındı

Tarix:21-07-2016, 10:34
Baxış Sayı:361

Ziya Məmmədovun daha bir səlahiyyəti alındı
"Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı dəyişib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 20 iyul 2016-cı il tarixli sərəncamında əksini tapıb. Criminal.az APA-ya istinadla xeber verir ki, indiyə qədər "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Nəqliyyat Nazirliyi olub.

Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin "Avtomobil yolları” Məqsədli Büdcə Fondu ilə bağlı səlahiyyəti ləğv edilib, bu səlahiyyət "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə verilib. "Avtomobil yollan” Məqsədli Büdcə Fondu dövlət büdcəsinin yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu, nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu və dövlət büdcəsindən ayrılan vəsait hesabına formalaşır.

Digər dəyişikliyə əsasən bundan sonra iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr də "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun formalaşdırılmasına yönəldiləcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.