Azərbaycan İdeyası

Bakıda polisə bıçaqla hücum oldu

Tarix:29-07-2016, 21:24
Baxış Sayı:386

Bakıda polisə bıçaqla hücum oldu
Bakıda internet kluba basqın edən şəxs polisə bıçaqla müqavimət göstərib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Criminal.az-a verilən məlumata görə, iyulun 28-də saat 06 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki internet klublardan birinə girmiş naməlum şəxs orada xəzinədar işləyən İlkin Nəzərəliyevi yumruqla vurub və bıçaqla hədələyərək oradan 99 manat pul aparıb.

Həmin şəxs ərazidə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərib. Buna baxmayaraq, Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs tutularaq 13-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırmalar zamanı onun Sumqayıt şəhər sakini Qüdrət Həsənov olması müəyyən edilib. Üzərinə baxış zamanı 99 manat pul, 1 ədəd bıçaq və 1,517 qram heroin aşkar edilərək götürülüb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO