Azərbaycan İdeyası

Dərmandan zəhərlənmələr – intihar, yoxsa...

Tarix:12-10-2015, 17:06
Baxış Sayı:492

Oktyabrın 7-də Yasamal rayon sakini Elvin Gözəlov dərmandan zəhərlənib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bu nə ilk, nə də son hadisədir. Son günlər dərmandan zəhərlənmələrlə yanaşı, ölüm hallarının da sayı artıb. Yalnız böyüklər deyil, uşaqlar arasında da dərmandan ölənlər var. Belə ki sentyabrın 29-da Hacıqabul rayonu Atbulaq kəndində yaşayan 2 yaşlı Əli Əlizadə də dərmandan zəhərlənib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
"Korrupsiya Qanun" qəzetininə istinadən Daxili İşlər Nazirliyinin gündəlik məlumatlarında ən azı 1 dərmandan zəhərlənmə halı qeyd olunur. Bəs dərdimizə dərman olması üçün qəbul etdiyimiz dərmanlar nə üçün bizi xəstəxanalıq edir, ya da ölüm gətirir? Uşaqların dərmandan zəhərlənmə səbəbi onların valideyn nəzarətindən kənarda qalması ilə əlaqədardır. Böyüklərin zəhərlənməsində isə çox zaman səbəbin intihar olduğu deyilir. Lakin tək səbəb intihardırmı?
Tibbi ekspert Adil Qeybulla Publika.az-a bildirib ki, zəhərlənmə dərmanın dozası və onun kimyəvi tərkibində texniki, keyfiyyət parametrlərinin pozulması ilə əlaqədar ola bilər.
“Dərmanın tərkibinə daxil olan əlavələrin artıq olması, ağır metal və duzlar, dərmanın tam təmizlənməməsi, adekvat doza olmaması zəhərlənmələrə səbəb ola bilər. Bəzi hallarda xəstə dərmanı normal dozadan artıq qəbul edirsə, bu da zəhərlənməyə səbəb olur. Bu gün dərman bazarında çoxlu problemlər var ki, bu da ölkəyə daxil olan dərmanların keyfiyyət parametrləri ilə bağlıdır”.
Ekspertin sözlərinə görə, dərman maddəsi tam düzgün, texniki parametrlərə, beynəlxalq standartlara uyğun olsa, bu qədər zəhərlənmə olmaz.
“Xəstələr də bəzən bir həb yerinə, bir neçəsini qəbul edirlər. Bu zaman dozanı aşmış olurlar və zəhərlənmə baş verir. Çünki zəhərlənmə yalnız doza normadan artıq olanda baş verir. Allergiya zamanı xəstə anafilaktik şok keçirsə, ölə bilər”.
Ekspert hesab edir ki, dərman vasitələrinin dövlət reyestri formalaşmayana qədər bu problem qalacaq.
Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov dərmandan zəhərlənmə ilə bağlı müraciətlərin, əsasən, allergik reaksiyalar olduğunu deyib. Onun sözlərinə görə, yalnız ötən həftə 8 belə müraciət olub. Dərman zəhərlənməsi ilə bağlı Mərkəzə ay dərzində 12-15 müraciət daxil olur. Hər ay daxil olan müraciətlərin 5-6-sı uşaqların zəhərlənməsi ilə əlaqədardır.
“Dərmanların tərkibinin zəhərlənmələrə səbəb olması inandırıcı deyil. Çünki hazırda dərmanların hamısı xüsusi laboratoriyada yoxlanılır. Zəhərlənməyə, allergiyalara səbəb bədənin həssaslığıdır. Bəzən iynə sınağı qoyulanda və ya tam vurulandan sonra allergiya baş verir. Bu dərmanlara da aiddir. Düzdür, indiki dərmanlar təmizləndiyinə görə sınaq tələb etmir. Lakin həssaslığı olanlar hər ehtimala qarşı əvvəldən sınaq edə bilər. Həkimlər resept yazarkən xəstənin həssaslığını nəzərə alıb bu barədə tövsiyə verməlidir. Dərmanlara qarşı həssaslıq xəstənin yaşı ilə də əlaqədar ola bilər. Çünki yaşlı insanların bədəni daha həssas olur. Ümumiyyətlə, dərmanlara qarşı həssas insanlar ola bilər. Onlar dərman qəbul etməmişdən əvvəl həkimlə məsləhətləşməlidirlər”.

Şöbə müdiri deyir ki, dərman zəhərlənməsindən ölüm halı, əsasən, intihar zamanı baş verir.

“Allergiyalardan ölüm yox, ağırlaşmalar baş verir. Son vaxtlar müraciətlərdə ölüm faktı qeydə alınmayıb”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb