Azərbaycan İdeyası

Bakıda DƏHŞƏT: küçə iti məktəblinin sifətini PARÇALADI - FOTOLAR

Tarix:4-08-2016, 11:26
Baxış Sayı:316

Bakıda DƏHŞƏT: küçə iti məktəblinin sifətini PARÇALADI - FOTOLAR
Ötən gecə Bakı şəhəri, Zabrat qəsəbəsində 2006-cı il təvəllüdlü Şirinov Rauf Eldar oğlunu nəzarətsiz qalan it dişləyib. R.Şirinova 3 saylı Sabunçu Klinik Xəstəxanasında ilk yardım olaraq quduzluq əleyhinə vaksin vurulduqdan sonra Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Criminal.az saytı modern.az-a istinadən bildirir ki, R.Şirinov, əsasən, üz nahiyyəsindən xəsarət aldığından Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov xəstəxanaya dəvət edilib.
Bakıda DƏHŞƏT: küçə iti məktəblinin sifətini PARÇALADI - FOTOLAR
Xəstəyə ilkin olaraq sol göz almasının kəsilmiş-cırılmış yarası, alt göz qapağının kəsilmiş-cırılmış yarası, üzün, çənənin yumşaq toxumalarının kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub. Xəstə gecə 23:30 radələrində şöbə müdiri tərəfindən müayinə edildikdən sonra təcili əməliyyata alınıb. Yara kosmetik cərrahiyyə olunub, hazırda xəstənin vəziyyəti kafidir. Hadisə ilə bağlı şöbə müdiri ilə əlaqə saxlamaq istəsək də, o, müsahibə verməkdən imtina edib. Bu səbəbdən də R.Şirinovun dayısı Sahib Məmmədova müraciət etdik.

S.Məmmədov sayta açıqlamasında uşağın səhhətinin kafi olduğunu bildirib: "Uşaq əvvəlcə Sabunçu Rayon xəstəxanasına yerləşdirilmişdi. Mən ora çatanda onu artıq əməliyyat etmişdilər. Sabunçuda bizə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna getməyi məsləhət gördülər. Biz orada 5 saat gözlədik. İki savadsız həkim uşağı o vəziyyətdə gözlətdi, axırda mən özüm imtina ərizəsi yazdım".

S.Məmmədov bundan sonra Raufu Tibb Universitetinin Cərrahiyyə Klinikasına aparıb: "Xəstəxanada uşağa Qurban həkim baxdı. Çox sağ olsun, balamızı bizə qaytardı. Gözünə də baxdı, yaranı da müayinə etdi. Əməliyyat yerini açıb baxanda dəhşətə gəldi. Özü yaranı təmizlədikdən sonra yenidən kosmetik əməliyyat etdi. Şükür allaha ki, uşaq indi yaxşıdır. Növbəti dəfə də avqustun 5-də vaksini etdirəcəyik. Həkim hər hansı bir təhlükə olmayacağını deyib".
Bakıda DƏHŞƏT: küçə iti məktəblinin sifətini PARÇALADI - FOTOLAR
Bakıda DƏHŞƏT: küçə iti məktəblinin sifətini PARÇALADI - FOTOLAR
Bakıda DƏHŞƏT: küçə iti məktəblinin sifətini PARÇALADI - FOTOLAR [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb