Azərbaycan İdeyası

“Orada obyekt tikirsən?” - Məmurdan şəhidinə başdaşı qoyan ataya

Tarix:6-08-2016, 22:21
Baxış Sayı:296

“Orada obyekt tikirsən?” - Məmurdan şəhidinə başdaşı qoyan ataya
Tərtərdə gedən döyüşlərdə şəhid olan Novruzov Ravil Elman oğlunun ailəsi şəhidə qarşı laqeydlikdən şikayətçidir. Criminal.az-ın məlumatına gör, Ravil Novruzovun anası Nargilə xanım modern.az-a ağlayaraq verdiyi açıqlamasında Xızı rayon İcra Hakimiyyətinin ünvanına ittihamlar səsləndirib:

“Xızı rayon İcra Hakimiyyətinin oğluma qoyduğu başdaşını sökdük, indi həyat yoldaşım təzəsini öz zəhməti ilə düzəldir. Çünki şəhidimizin qəbri seçilmirdi, görünmürdü. O gün yoldaşım Elmanı çağırıblar kənd icra nümayəndəliyinə, Xızı rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə ona deyib ki, “orada obyekt tikirsən? O qəbir itib-batmalıdır. Bizdən heç nə istəmə. Nə borcumuzdur, vermişik. Başdaşını düzəltmişik, məclisini yola vermişik. Ölünün məzarı da itməlidir...”

Yoldaşım gəlib evdə onların dediklərini söyləyəndə, az qala dəli olam. Biz oğlumuzun adına layıq olan başdaşı düzəldirik ki, görünsün, onun qəhrəmanlığı nəsillərə nümunə olsun, bunların dediklərinə bax... Bu gün nə olmuşdusa, gəlmişdilər həyətimizə ki, nə probleminiz var? Qovdum onları qapıdan. Yoldaşım tək-tənha işləyir, heç kimdən təmənnamız yoxdur. Onlara dedim ki, “sizdən heç nə istəmirik”. Bəyəm başdaşına xərclədikləri o pulu ciblərindən veriblər? Bilirəm ki, dövlət vəsaiti hesabına düzəltdirmişdilər...

Hirsləndim, qapıma gələnlərə dedim ki “başdaşı üçün, məclis üçün nə qədər xərc çəkmisinizsə, qaytarıram özünüzə, ancaq rədd olub gedin həyətimdən!. Mən şəhid Ravilin anasıyam, ağlamayacağam sizin qabağınızda. Bir dənə küçə adı vermisiniz uşağıma, 2 aydır küçəyə bir lövhə də vurulmayıb. Heç mən o küçəni layiq bilmirəm oğluma”. Söylədim ki, mənim oğlum minnətli oğlan deyil, o, torpaq qurtarmağa gedib, torpaq satmağa yox. Vətən uğrunda şəhid olub. 5 dəfə sağlığında hərbi hissənin, Azərbaycanın bayrağını dalğalandırıb. Medallarla, fəxrı fərmanlarıyla...

Mənim haqqım var bunları deməyə, ancaq onların haqqı yoxdur ki, deyələr “burda obyekt düzəldirsən”. Obyekti onlar düzəldirlər öz oğlanları üçün. Biz şəhid qəbri düzəldirik ki, gələcək nəsil tanısın. Özüm iflic adamam, yenə nə qədər əsəb keçirdim. Bu günlərdə Neftçalada şəhid Elimdarın qəbrini ziyarətə getdim, oğlumun dostu olub, görərdiniz İcra Hakimiyyəti necə ad günü keçirdi. Binəqədi rayonu İcra Hakimiyyəti şəhid Emin üçün ad günü məclisi təşkil etdi. Halal olsun onlara. Şəhidləri ucaldırlar”.

Şəhid anası Nargilə xanım oğlunun yas mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə yanaşı oturduğunu, birinci xanımın onun problemləri ilə yaxından maraqlandığını qeyd edib: “Mən Mehriban xanımla görüşümdə gördüm ki, çox sadə adam idi. Ancaq Xızıda yerli İcra Hakimiyyətinin başbilənləri özlərini dağ başına çəkirlər. Bizi əskik tuturlar. Mehribanm xanımın bunlardan xəbəri yoxdur. Oğlum Talış kəndində postları işğaldan azad edib, qəhrəmanlıqla şəhid olub. Onun bu şücaətini bilsəydim, Mehriban xanımla görüşdə deyərdim. Bunları dostları ölümündən sonra danışıb. İndi başım ucadır ki, oğlum çox şücaətlər edib. Mənim heç kimdən təmənnam yoxdur, Ravilin haqqı üstümüzdə çoxdur. Öz gücümlə uşağımın qəbrini abadlaşdırıram, toyu olmadı, bəy otağı olmadı, mən də ona qəbrisatnlıqda bəy otağı düzəltməklə, ürəyimi soyutmaq istəyirəm... ancaq onlar bizi narahat edirlər.... Nə olar, bizi rahat rahat buraxsınlar”.
“Orada obyekt tikirsən?” - Məmurdan şəhidinə başdaşı qoyan ataya
“Orada obyekt tikirsən?” - Məmurdan şəhidinə başdaşı qoyan ataya [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO