Azərbaycan İdeyası

Sankt-Peterburqda azərbaycanlını öldürdülər

Tarix:8-08-2016, 09:59
Baxış Sayı:340

Sankt-Peterburqda azərbaycanlını öldürdülər
Sankt-Peterburq vilayətinin Nevski rayonunda Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, avqustun 6-da gecə Podvoyski küçəsi, ev 16 ünvanında baş verən dava həmyerlimizin ölümü ilə nəticələnib.

Nevski rayonunda baş verən insident barədə məlumat polisə səhər saat 4 radələrində daxil olub. Kafe qarşısında söz çəkişməsi ilə başlayan dava zamanı tərəflərdən biri digərini bıçaqlayıb və hadisə yerindən qaçıb. Ölən şəxs 31 yaşlı azərbaycanlı olub.

Kriminalistlər onun meyiti üzərində ən azı 3 bıçaq yarası aşkar ediblər. İsti izlərlə axtarışa başlayan hüquq-mühafizə orqanları əməkdaşları şübhəli şəxsin İskrovski prospektində yerləşən evlərdən birində yaşadığını müəyyən ediblər. Səhər tezdən əvvəllər məhkum edilməyən 41 yaşlı peterburqlu tutulub.

Dindirilmə zamanı o bildirib ki, üzərinə üç qafqazlı hücum edib və o, müdafiə olunmaq məcburiyyətində qalıb. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO