Azərbaycan İdeyası

Bu məktəbdə 5 şagird öz canına qıyıb - Bakıdakı intiharın təfərrüatları

Tarix:10-08-2016, 13:00
Baxış Sayı:484

Bu məktəbdə 5 şagird öz canına qıyıb - Bakıdakı intiharın təfərrüatları
Bakının Sabunçu rayonunda baş verən intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teymur onunla eyni məktəbdə oxuyan və 8-ci sinif şagirdi olan qızla sevgili imiş. Məlumata görə, bu sevgi qarşılıqsız olmayıb.

Ancaq Teymurun intiharı seçməsinin səbəbləri müəmmalı olaraq qalır. Teymurun qardaşı da eyni məktəbdə təhsil alırmış. Onun Seymur adlı qardaşı bu il məktəbin 9-cu sinfini bitirib. Teymurun intiharında diqqəti çəkən məqamlardan biri onun oxuduğu məktəblə bağlıdır.

113 nömrəli məktəb artıq 5-ci intihar hadisəsi ilə gündəmə gəlir. Belə ki, 2014-cü ilin sonu və 2015-ci illər ərzində məktəbin 4 şagirdi eyni üsulla - özünü asmaqla canlarına qəsd etmişdilər.

Məktəbin şagirdlərindən olan 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu 2014-cü ilin dekabr ayında canına qəsd etmişdi. Məktəbin 10-cu sinif şagirdi Əli Məmmədov 2015-ci ilin fevralında intihar etmişdi. 6-cı sinif şagirdi Ruslan Həsənov isə 2015-ci ilin aprel ayında asılmış vəziyyətdə tapılmışdı.

Adıçəkilən müəmmalı məktəb 2013-cü ildə də intihar xəbəri ilə sarsılmışdı. Məktəbin 9-cu sinif şagirdi, qonşu Məhəmmədi kənd sakini, 16 yaşlı Püstəxanım Quluzadə də özünü asmışdı. Sonuncu hadisədən əvvəl baş verən digər intiharlarla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılmışdı. Ancaq bu barədə heç bir rəsmi məlumat verilməyib. 15 yaşlı Teymurun ölümü ilə bağlı da eyni maddə ilə cinayət işi açılıb. Təqdim etdiyimiz foto 15 yaşlı Teymura aiddir. (Musavat.com)
Bu məktəbdə 5 şagird öz canına qıyıb - Bakıdakı intiharın təfərrüatları [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.