Azərbaycan İdeyası

Rövşən Lənkəranskinin dəstəsi dağıdıldı - VİDEO+FOTO

Tarix:11-08-2016, 11:45
Baxış Sayı:435

Rövşən Lənkəranskinin dəstəsi dağıdıldı - VİDEO+FOTO
Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti "qanuni oğru" Rövşən Lənkəranskinin himayəçiliyi ilə Uralda fəaliyyət göstərən cinayətkar qruplaşmanın saxlanılmasını əks etdirən video yayıb. Criminal.az saytı modern.az-a istinadən bildirir ki, mütəşəkkil cinayətkar qruplaşma iş adamlarından külli miqdarda pul və əmlak ələ keçirməklə məşğul olub.
Rövşən Lənkəranskinin dəstəsi dağıdıldı - VİDEO+FOTO
"Qanuni oğru"nun adamları yığıncaq üçün Nijni Tagilə toplaşıblar. Polis bu görüşdən xəbərdar olub və qəfildən basqın edilib. Əməliyyat zamanı yığıncağa toplaşanlar müqavimət göstəriblər. Etnik cinayətkar qruplaşmanın üzvləri bunlardır: Xıdır Q. -1970-cı il təvəllüdlü, İlkin A. - 1995-ci il təvəllüdlü, Orxan M. - 1992-ci il təvəlüdlü, Asim A. - 1994-cü il təvəllüdlü, Telman B. - 1987-ci il təvəllüdlü. Bunların hər biri barəsində həbs qəti imkan tədbiri seçilib.

Darmadağın edilən cinayətkar dəstənin fəaliyyətindən yerli sakinlərin çoxu məlumatlı olsalar da, qorxularından səslərini çıxara bilməyiblər. Mülkləri və pulları əllərindən alınan biznesmenlər isə məhv ediləcəklərindən çəkindiklərindən hüquq-mühafizə orqanlarına müraciət etməyiblər.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub