Azərbaycan İdeyası

Ukraynalı qadınları yuxuya verib soyan azərbaycanlı saxlanıldı

Tarix:13-10-2015, 12:49
Baxış Sayı:411

Şübhəli bilinən şəxsi sosial şəbəkələr vasitəsilə aşkar ediblər.
Vinnitsiyada Azərbaycan vətəndaşı elə birinci görüşdə qadını qarət edib.
"Korrupsiya və real-vin.com-a istinadən xəbər verir ki, qadın özünə gələndə, artıq avtomobilsiz, mobil telefonsuz, zinət əşyaları və pulsuz qaldığını anlayıb.
Ukraynanın Vinnitsiya vilayətinin DİN İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsindən bildirildiyi kimi sentyabrın 26-da şəhər bölməsinə 29 yaşlı qadın qarət olunduğu haqqında ərizə ilə müraciət edib. Məlum olub ki, o, sosial şəbəkədə kişi ilə tanış olub. Onlar şəhərin elit restoranlarının birində şam etmək üçün görüşüblər. Sonra isə kişi qadının qəhvəsinə klofelin töküb və götürəcəyi hər şeyi götürərək oradan uzaqlaşıb.
Şübhəli bilinən şəxs sosial şəbəkə vasitəsilə aşkar edilib, amma başqa şəhərdə növbəti qurbanla şam edərkən.
“Xanım ovçusu” Ukraynada müvəqqəti yaşayan 29 yaşlı azərbaycanlı olub. O, ifadə verərkən yeni doğulan körpənin müalicəsi üçün pula çox ehtiyacı olduğundan gileylənib, daimi iş tapmaqda isə bəxti gətirmir. Ona görə də bu işlə məşğuldur.
Kişi vinnitsiyalı xanımla yazışmadan qadının evi və şəxsi avtomobili olduğunu öyrənib. Şam yeməyi zamanı onun qəhvəsinə klofelin töküb və onu yatırıb. Qurbanın maşının açarlarını da götürüb, maşını isə Kiyevdə satıb.
Milisin istintaq şöbəsi Ukraynanın Cinayət Məcəlləsinin m.186-ı b.2 (qarət) və m.289.b.3 (nəqliyyat vasitəsinə qanunsuz sahib çıxmaq) üzrə cinayət işi açıb. Şəxsə şübhəli olduğu bildirilib, məhkəmə isə həbs haqqında qərar verib. Onu əmlakı müsadirə edilməklə, 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb