Azərbaycan İdeyası

Natiq Cəfərovdan sonra REAL-ın daha iki üzvü saxlanıldı

Tarix:16-08-2016, 11:04
Baxış Sayı:290

Natiq Cəfərovdan sonra REAL-ın daha iki üzvü saxlanıldı
REAL hərəkatının daha iki üzvü saxlanılıb. Musavat.com xəbər verir ki, bu barədə hərəkatın üzvləri sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edilir ki, hərəkatın üzvləri olan Toğrul İsmayılov və Elşən Qasımov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların harada olması barədə məlumat verilmir. Yayılan məlumatlarda qeyd edilir ki, hər iki şəxsin ailə üzvləri də onların harada olmasından xəbərsizdir. Saxlanılanlardan T.İsmayılov REAL-ın Səbail-Nəsimi Məclisinin sədri, E.Qasımov isə Yasamal Məclisinin sədr müavinidir.

Xatırladaq ki, REAL hərəkatının icra katibi Natiq Cəfərov iki gün əvvəl həbs edilib. Natiq Cəfərovun həbsi ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, onun Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb