Azərbaycan İdeyası

“Fikir vermə, qızdır, həyəcanlıdır'' - CİNAYƏT

Tarix:16-08-2016, 11:10
Baxış Sayı:262

“Fikir vermə, qızdır, həyəcanlıdır'' - CİNAYƏT
Ötən il Masallı rayonunda qəribə qızqaçırtma hadisəsi baş verib. Biləsuvаr rаyоnunun Çаylı kənd sakini Ramin Quliyev (1979), Göyçаy rаyоnunun Bəydövül kənd sakini Ziya Səlimov (1983) və Masallı şəhər sakini Kəmalə Dadaşova (1984) əlbir olaraq 1994-cü il təvəllüdlü E. C.-ni Ramin Quliyev ilə ailə qurması üçün qaçırtmaq barədə razılığa gəliblər.

Rаzılаşdıqlаrı kimi Ramin Quliyеv və Ziya Səlimоv sоnuncunun idаrə еtdiyi VАZ-2106 mаrkаlı аvtоmоbillə 2012-ci ilin yаnvаrın 14-də, gecə sааt 02:00 rаdələrində Mаsаllı rаyоnunun Hаcıtəpə kəndinə gəliblər. Qrupun digər üzvü Kəmalə Dаdаşоvа qоnşusu Е. C.-ni аldаdаrаq еvin pəncərəsindən düşürərək küçəyə çıхаrıb. Küçədə оnlаrı gözləyən Ramin Quliyеv və Ziya Səlimоv E. C.–yə qarşı zorakılıq tətbiq edərək onu maşına mindiriblər. Onlar qızı oğurlayaraq Biləsuvаr rаyоnunun Çаylı kəndinə gətiriblər.

Daha sonra qızı Bakıya aparmaq istəyəndə qaçırılan qız macal tapıb kənar şəxslər vasitəsi ilə polislərə olay barədə xəbər verib. Daha sonra şikayət əsasında qrup üzvləri həbs edilib. Bu əməlləri ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb və həmin işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılıb.

Məhkəmə iclasında ifadə verən Ziya Səlimov bildirib ki, Ramin Quliyev və Vasif Ağalarovla Bakı şəhərində marşrut avtobusunda sürücü işləyərkən tanış olub, onlarla eyni marşrutda işləyiblər:

“13 yanvar 2012-ci il tarixdə Vasifin kirayədə qaldığı evdə olarkən Ramin də orada olub. Ramin məndən bir nəfər tanışını Masallı rayonundan Biləsuvar rayonuna aparmaq lazım olduğunu dedi. Biz gedib-gəlmək pulunu razılaşdırmışdıq. Buna görə də Masallıya getdik. Cəlilabad rayonu Göytəpə Dövlət Yol Polisi postunu keçərkən Ramin istədiyi qızı onun razılığı ilə qaçırmaq istədiyini bildirdi. Biz qızı Masallı rayonundan götürdük və Biləsuvar rayonu istiqamətində hərəkət etməyə başladıq. Göytəpə postunu keçdikdən sonra qız anasının xəstə olduğunu, qaçmaq istəmədiyini bildirdi. Maşını kənara çəkərək bunun nə demək olduğunu Ramindən soruşdum.

Ramin mənə: “Fikir vermə, qızdır, həyəcanlıdır. Sən sür, nə olsa, mənlikdir”, - dedi. Onları Raminin Biləsuvardakı qohumugilə gətirib düşürərək Bakıya qayıtdım”.

“Biz qızı zorla qaçırmamışıq”

Ziya Səlimov daha sonra ifadəsində qeyd edib ki, həmin vaxta kimi bir dəfə də olsun, qaçırılan qızı görməyib: “Qızın yetkinlik yaşına çatmamasını bilməmişəm. Ramin də bu barədə mənə heç nə deməyib. Biz qızı zorla qaçırmamışıq. Qız sərbəst şəkildə maşına oturub. Əməlimdən peşmanam. Yenicə ailə qurmuşam. Etdiyim hərəkətin məsuliyyətini dərk etməmişəm”.

Məhkəmə iclasında ifadə verən Ramin Quliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib: “Qız evlənmək məqsədilə mənimlə qoşulub qaçmağa razılıq verib. Yalnız sonradan peşman olub. Zərərçəkmişə qarşı heç bir zorakı hərəkətə yol verməmişəm. Əməlimdən peşmanam”.

Qız qaçıranlara ağır cəzalar

Məhkəmənin hökmü ilə Ramin Quliyev 11 il 6 ay, Ziya Səlimov 5 il müddətinə azadlıqdan məhrum edilib. Kəmalə Dadaşova isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmə Kəmalə Dadaşovanın himayəsində azyaşlı uşaq olmasını nəzərə alaraq, onun cəzasının çəkilməsini 8 il müddətinə təxirə salıb. Baş Prokurorluq həmin hökmdən narazı qalıb və hökmdən apelyasiya protesti verib. Dövlət ittihamçısı apelyasiya protestində hökmün Ziya Səlimov və Kəmalə Dadaşovaya təyin olunmuş cəza hissəsindən narazı qaldığını qeyd edib.

Dövlət ittihamçısı Ziya Səlimova aid hissədə onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasına dair müddəa hökmdən xaric edilməklə, təqsirləndirildiyi Cinayət Məcəlləsinin 144.3-cü mаddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Kəmalə Dadaşova barəsində cinayət qanunu normasının düzgün tətbiq edilməsini xahiş edib.

Dövlət ittihamçısı deyib ki, məhkəmənin təyin etdiyi cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə uyğun deyil. O, hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Vəkil qız qaçıran oğlana bəraət istədi Tərəflərin şikayətlərinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Qərara görə, prokurorluğun protesti qismən təmin edilib və Kəmalə Dadaşovanın cəzasının çəkilməsinin təxirə salınma müddəti hökmdən xaric edilərək onun məhkəmə zalında həbs olunması barədə hökm çıxarılıb və icra edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb