Azərbaycan İdeyası

Gəncədəki dəhşətli qətlin TƏFƏRRÜATLARI məlum oldu - VİDEO FOTO

Tarix:18-08-2016, 14:44
Baxış Sayı:332

Gəncədəki dəhşətli qətlin TƏFƏRRÜATLARI məlum oldu - VİDEO FOTO
Gəncədə ailə münaqişəsi qanla bitib. Criminal.az-ın Region TV-yə istinadən məlumatına görə, qətli törədən şəxs həyat yoldaşına çoxsaylı xəsarətlər yetirib. Ərlə-arvad arasındakı mübahisəni sakitləşdirmək istəyən baldız da “payını” alıb. Hər iki bacı xəstəxanaya aparılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Gəncədə ailə münaqişəsi ölümlə nəticələnib.

Samux rayonu, Əlibəyli kənd sakini, 33 yaşlı Ruslan Qurbanov Gəncənin Cavad Xan qəsəbəsində yaşayan baldızı Nailə Vəliyevanın evinə gələrək, həyat yoldaşı - 30 yaşlı Məhəbbət Vəliyevanı bıçaqlayıb. Məhəbbət Vəliyeva ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Nailə Vəliyeva - qətlə yetirilən şəxsin bacısı: “Qızı bıçaqlıyırdı. Dəfələrlə döyüdü də. Təhqir edirdi. O qız getmirdi. Deyirdi ki, ay bacı, məni bıçaqlıyır, döyür. Mən də yiyəsizəm. Kimin qapısına getməlidir? Mənim qapıma gəlməlidir. Bacım bizim evdə idi. Bir də gördük həyat yoldaşı əlində bıçaq içəri daxil oldu. Çatan kimi ona bir neçə zərbə endirdi”.

Ərlə arvad arasında yaranan münaqişəni sakitləşdirməyə cəhd edən 33 yaşlı Nailə Vəliyeva da yeznəsinin qəzəbinə tuş gəlib. Ruslan Qurbanov əlindəki bıçaqla baldızının bud nahiyəsinə xəsarət yetirib. Nailə Vəliyevaya ilkin tibbi yardım göstərilib.

Elbrus Elyazov - həkim: “Vəliyeva Nailə Şəmistan qızı təcili yardım maşını ilə xəstəxanaya gətirilib. Xəstənin sol budunun ön səthində bir bıçaq yarası aşkarlandı. Lazımi tibbi yardım göstərildikdən sonra evə buraxıldı. Deməsinə görə, münaqişə zəminində yeznəsi tərəfindən bıçaqlanıb”. Mərhumun anası Həqiqət Hüseynovanın sözlərinə görə, Məhəbbət Vəliyeva bir müddət əvvəl həyat yoldaşı Ruslan Qurbanovdan ayrılıb. Buna baxmayaraq, Qurbanov mütəmadi olaraq həyat yoldaşı ilə mübahisə edir və ona müxtəlif xəsarətlər yetirirmiş. Sonuncu belə hadisə isə qanla bitib.

Həqiqət Hüseynova - mərhumun anası: “Yekə, iti, təzə aldığı bıçaqla gəldi. Evə daxil oldu, məni kənara itələdi. Mənim ürəyim getdi, bilmədim neçə bıçaq vurdu. Qız evdə sağ idi, sonra nəsə oldu”.

Ruslan Qurbanovla Məhəbbət Vəliyevanın birgə nikahdan üç azyaşlı övladı var. Gəncə şəhər Nizami rayon polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən Ruslan Qurbanov saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.
Gəncədəki dəhşətli qətlin TƏFƏRRÜATLARI məlum oldu - VİDEO FOTO
Gəncədəki dəhşətli qətlin TƏFƏRRÜATLARI məlum oldu - VİDEO FOTO
Gəncədəki dəhşətli qətlin TƏFƏRRÜATLARI məlum oldu - VİDEO FOTO
Gəncədəki dəhşətli qətlin TƏFƏRRÜATLARI məlum oldu - VİDEO FOTO
Gəncədəki dəhşətli qətlin TƏFƏRRÜATLARI məlum oldu - VİDEO FOTO [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb