Azərbaycan İdeyası

Bakıda sevgilisi ilə birləşib ərini parça-parça edən tibb bacısı MƏHKƏMƏDƏ - FOTO

Tarix:18-08-2016, 14:53
Baxış Sayı:289

Bakıda sevgilisi ilə birləşib ərini parça-parça edən tibb bacısı MƏHKƏMƏDƏ - FOTO
SBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə ərini güllələyib, sonra doğrayaraq basdırmaqda ittiham olunan Lalə Mahmudova və Sədi Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqiləşdirilib. Müdafiə tərəfi vəsatət verərək cinayət işində ailə sirri halların yer aldığını əsas gətirib və prosesin qapalı kerçirilməsini istəyib. Zərərçəkmişlər məhkəmənin qapalı keçirilməsi ilə razılaşmayıblar.

Zərərçəkmişin nümayəndəsi İkram Şirinov ortada heç bir ailə sirrinin olmadığını dedi: “Bu barədə mətbuatda kifayətə qədər yazılıb. Prosesin açıq keçirilməsini istəyirik”. Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətin təmin edilməməsini istəyib: “Prosesin qapalı olmasına əsas yoxdur. Qoy ictimaiyyət görsün ki, nə cür hadisələr baş verir. Proses zamanı ailə sirrini pozacaq hallar aşkarlanarsa, o zaman həmin hissə qapalı keçirilə bilər”.

Məhkəmə müdafiə tərəfinin qaldırdığı vəsatəti təmin etməyib və prosesin açıq keçirilməsinə qərar verib. Məhkəmənin baxış iclası avqustun 30-a təyin edilib. Qeyd edək ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub onun əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib.

S.Məmmədov K.Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus “BMW” markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb. Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunublar.
Bakıda sevgilisi ilə birləşib ərini parça-parça edən tibb bacısı MƏHKƏMƏDƏ - FOTO
Bakıda sevgilisi ilə birləşib ərini parça-parça edən tibb bacısı MƏHKƏMƏDƏ - FOTO [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.