Azərbaycan İdeyası

“Rövşən Lənkəranski Rusiyada axtarışda olmayıb”

Tarix:19-08-2016, 12:12
Baxış Sayı:377

“Rövşən Lənkəranski Rusiyada axtarışda olmayıb”
"Ötən gün İstanbul şəhərində sui-qəsd nəticəsində həyatını itirən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olmayıb". Criminal.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə cümə axşamı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb. "Bizdə, Rusiyada bu adam, axtarışda hesab edilmirdi", - deyə agentliyin həmsöhbəti bildirib.

RİA "Novosti"nin digər mənbəsi izah edib ki, Lənkəranski operativ uçotda olub, onun xaricdə yaşaması barədə də məlumatlar olub, lakin onu axtarışa, xüsusilə də beynəlxalq axtarışa vermək üçün kifayət qədər əsas olmayıb.

"2013-cü ildə Moskvada Ded Xasan (kriminal avtoritet Aslan Usoyan – red.) güllələnən zaman Lənkəranskinin bu cinayətlə əlaqəli olması barədə məlumatlar ortaya çıxdı. Lakin həmin vaxt həm də digər "qanuni oğrular" barədə də, məsələn Oniani (Taro) və Canqveladze (Suxumski) barədə də məlumat yayılmışdı. Lənkəranskinin Ded Xasan ilə ədavəti var idi, bunu çoxları bilirdi, lakin bu ona qarşı rəsmi ittihamın qaldırılması səviyyəsinə çatmamışdı", - deyə, həmsöhbət bildirib.

İnsident avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində baş verib. R.Lənkəranski şəhərin Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak edib və “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb