Azərbaycan İdeyası

Avstraliyada Azərbaycan bankının adı qarışan 6 milyard dollarlıq fırıldağa görə hökm oxundu

Tarix:22-08-2016, 11:53
Baxış Sayı:431

Avstraliyada Azərbaycan bankının adı qarışan 6 milyard dollarlıq fırıldağa görə hökm oxundu
Avstraliya Federal məhkəməsi “Padbury Mining” dağ-mədən şirkətinin direktorunun və idarə heyətinin sədrinin barəsində qiymətli kağızlar bazarını aldatdıqlarına görə hökm elan edib. Virtualaz.org xəbər verir ki, Heri Stouks və Terri Kuin 2014-cü ildə Avstraliyada Oakajee limanının və limana aparan dəmir yolunun tikintisi layihəsi üçün beynəlxalq investorlardan 6 milyard dollar kredit cəlb etdilərinə dair birjada yalan məlumat yayıblar. Nəticədə şirkətin səhmləri bir neçə saat içərisində 2 sentdən 5.2 sentə qədər bahalaşıb, birjada ajiotaj yaranıb və bir günə 200 milyon dollarlıq səhm satılıb.

Məhkəmə qərarına əsasən Heri Stouks və Teri Kuin üç il ərzində şirkətdə rəhbər vəzifə tuta bilməyəcəklər, habelə qiymətli kağızlar birjasında fəaliyyət göstərə bilməyəcəklər. İcraçı direktor bundan əlavə 125 min dollar cərimə də ödəməlidir.
Avstraliyada Azərbaycan bankının adı qarışan 6 milyard dollarlıq fırıldağa görə hökm oxundu
Bu birja fırıldağına Azərbaycanın hazırda bağlanmış “Royal Bank”ının da adı qarışıb. Virtualaz.org 2014-cü ildə Avstraliya mətbuatına istinadən yazmışdı ki, “Pabbury Mining” şirkətinin rəhbərləri 6 milyard dollar kredit barədə fırıldağı avstraliyalı maliyyəçi, Sidenyin okean sahillərindəki 3 milyon dollarlıq mənzildə yaşayan və gümüşü “Rolls Royce”də gəzən, əslində beynəlxalq miqyaslı dələduz hesab olunan Roland Bleyerin köməyi ilə həyata keçiriblər. Roland Bleyer özünü dünyada bir çox məşhurların dostu kimi qələmə verir və cəlbedici layihələrə milyardlarla dollar investisiya cəlb etməyə qadir olduğunu deyir.

O, özünü “Royal Bank”ın maliyyə direktoru kimi təqdim edib. Bildirib ki, 2009-2012-ci illərdə beynəlxalq kreditorlardan iri həcmdə vəsaitlərin banka cəlb edilməsini həyata keçirib. “Royal Bank” 2012-ci ildə İrana aid pulların beynəlxalq sanksiyalardan yayındırılması sxemində yer aldığı üçün bağlanıb. Bankın İdarə Heyətinin sədri Əli Cam İran və Amerika vətəndaşı olub, bankı 2003-cü ildə təhvil alıb və işçilərinin sayını 13-dən 630-a çatdırıb. “The Age” qəzeti yazırdı ki, bankın bu cür sürətli dirçəlişi Əli Camın İrandan cəlb etdiyi pullarla mümkün olmuşdu. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU