Azərbaycan İdeyası

Bakıda salfet satan 10 yaşlı Fidan: “Təzə paltar istəyərdim, ayaqqabı da...” - REPORTAJ

Tarix:22-08-2016, 11:59
Baxış Sayı:398

Bakıda salfet satan 10 yaşlı Fidan: “Təzə paltar istəyərdim, ayaqqabı da...” - REPORTAJ




















Bu dəfəki qəhrəmanımızın 10 yaşı var. Yaşının az olmağına baxmayaraq,
balaca çiyinlərində bir ailənin böyük yükünü daşıyır. Fidan səhərin sübh
çağında yuxudan oyanır, yaşıdları məktəbə gedəndə o, çörək pulu dalınca
Suraxanıdan İçərişəhərə gəlir. Səhərdən axşama qədər qədim şəhərin
küçələrində ac-susuz o baş-bu başa gəzib salfet satır. Daha doğrusu, satmağa çalışır.

Balaca qəhrəmanımızın ən böyük arzusu məktəbə getməkdir. 10 yaşı
olsa da, bir gün belə məktəbə getməyən Fidan cəmi bir söz yaza bilir.
Ondan yazmağı xahiş edirik. Bloknotu dizinə qoyur, qələmi sol əlinə alır,
belini büküb ağ vərəqə o bildiyi tək sözü yazır: ATA! Fidan adını sevərək
yazdığı atasını həbsdə bilir. Deyir, az qalıb. Atam 1-2 ilə çıxacaq.
Və həsrətlə o günü gözləyir. Əslində...

Əslində isə atası həbsdən çoxdan çıxıb. İki ilə yaxındır, iki balası ilə bir
damın altında tək yaşayan Xəyalə xanım övladlarını bu yalanla ovundurur.
Hüseynova Fidanın atasıyla anası Gəncədə tanış olub evləniblər. Raminin
anası evləndikləri ilk gündən gəlinini qəbul etməyib, ta bu günə qədər.
İki ilə yaxındır ki, Ramin iki balasını Bakıda atıb anasının yanına qayıdıb.
Bunları balaca Fidanın anası danışır. Atası gedəndə körpə olan 5 yaşlı
Rəhman bu gün atasını yaxşı tanımır. Ona “Fidanın atası” deyə xitab edir.
Uşaqlarda atasına nifrət oyanmasın deyə Xəyalə belə bir yalan uydurub: “Atanız həbsdədi”.

Hərdən zəng edib uşaqları atası ilə də danışdırır. Daha əvvəl də atasının həbs olunduğunu bilən Fidan üçün bu yalan lap inandırıcı olur. Xəyalə təkbaşına işləyib uşaqlarını da saxlayırmış. Ta ki, Balakənə qonaq gedəndə yanana qədər. - Kəndə getmişdim. Ayağım ilişdi yemək qazanının üstünə yıxıldım. Əsas işlək qolu - sağ qolu demək olar ki, başdan ayağa yanıb. Hadisə bir ay olar baş versə də, bu gün də yanıqların yeri sağalmayıb. Qəza baş verənə qədər xadiməlik edib balalarını saxlayan ana yaralarının tez sağalacağına və özünə yeni iş tapacağına ümid edir. Çünki qəzadan sonra köhnə işini itirib. Fidanın küçələrdə salfet sataraq qazandığı gündəlik 5-10 manatdan artıq ailəyə gəlir gəlmədiyindən ödənməyən işıq, qaz və kirayə pulları üst-üstə yığılıb. Suraxanıda çiy kərpicdən tikilmiş daxmanın aylıq yüz manat kirayə haqqını da verə bilməyib.

Üstəlik qonşu dükana da xeyli borcu toplanıb. Arxa otaqda Fidanla söhbətləşirik. Deyir, kaş əlimdə çox pulum olaydı, evi dolandıraydım. - Anama, qardaşıma baxardım. Evimiz olaydı, məktəbə gedəydim, namaz qılaydım.

Bir də... Əlləriylə bədənini göstərib:

- Bir də qəşəng don istəyərdim. Həmişə bu paltarı geyinirəm. Sonra nəsə düşünüb həyəcanla düzəliş edir:

- Arada yuyuram haaa! Gözlərini süzdürə-süzdürə:

- Təmizdilər. Hə, təzə paltar istəyərdim. Ayaqqabı da. Özü də çəhrayı rəng...

Sonra qulağıma pıçıldayır:

- Anam bayaq sizə nə dedi? Atam çıxıb dedi?

- Yox, qızım, səhv başa düşmüsən. Atan əvvəl də tutulubmuş. Anan onu deyirdi ki, bir dəfə tutulub çıxıb.

- Hə, deyirəm axı, atam çıxsaydı, yanıma gələrdi. İkimiz də susuruq. Fidangili ziyarətə tele-aparıcı İlhamiyyə Rzanın təşəbbüsü ilə “SOS uşaq kəndinin sosial işçiləri və bir neçə könüllülərlə birgə getmişdik.

Getməyə hazırlaşdığımızı görən Fidan dərhal yerindən sıçradı, divanın başında duran salfet torbasını əlinə alıb qapıda hazır oldu: - Sizinlə şəhərə qayıtmalıyam. Evdə yağ, qənd yoxdu. Bu gün də alverim olmayıb. Cəmi bir manatlıq.
Bakıda salfet satan 10 yaşlı Fidan: “Təzə paltar istəyərdim, ayaqqabı da...” - REPORTAJ
Bakıda salfet satan 10 yaşlı Fidan: “Təzə paltar istəyərdim, ayaqqabı da...” - REPORTAJ
Bakıda salfet satan 10 yaşlı Fidan: “Təzə paltar istəyərdim, ayaqqabı da...” - REPORTAJ
Bakıda salfet satan 10 yaşlı Fidan: “Təzə paltar istəyərdim, ayaqqabı da...” - REPORTAJ
Bakıda salfet satan 10 yaşlı Fidan: “Təzə paltar istəyərdim, ayaqqabı da...” - REPORTAJ
Bakıda salfet satan 10 yaşlı Fidan: “Təzə paltar istəyərdim, ayaqqabı da...” - REPORTAJ [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO