Azərbaycan İdeyası

“On dörd ildir ki, kirayələrdə yaşayıram” - Qarabağ əlilinin ağrılı həyat hekayəsi...

Tarix:22-08-2016, 12:01
Baxış Sayı:385

“On dörd ildir ki, kirayələrdə yaşayıram” - Qarabağ əlilinin ağrılı həyat hekayəsi...
Elxan Məmişov ikinci qrup Qarabağ əlilidi. Qarabağ müharibəsində kəllə - beyin travması alıb. Hal – hazırda Cəlilabad rayonunda ayı 200 manata ev kirayələyib ki, orda da ailəsi ilə yaşayır. Bu dəfə biz də rayon səfərimizdə Elxanın öz dəvəti ilə onunla görüşüb kirayə yaşadığı evinə getdik. Nimdaş döşəməsi, bir sözlə, sadə təmirli evdə 200 manata kirayə yaşayan Elxanın gözünü dikdiyi tək gəlir yeri aldığı 157 manat təqaüddü. Bununla o, həm ailəsini saxlamalı, həm də evin kirayəsini verməlidir. Elxan Cəlilabad rayon Azərbaycan küçəsi ev 26, mənzil 4 ünvanında yaşayır.

“Kirayələrdə yaşamaqdan bezmişəm...”

“Torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün cəbhənin Füzuli rayon istiqamətində gedən döyüşlərdə yaralanaraq qapalı kəllə - beyin travması aldım. Hospitalda sağalandan sonra yenidən döyüşçü yoldaşlarımın yanına qayıtdım. 1992 – ci ildən 1996 – cı ilə qədər döyüşdə olmuşam. Kirayələrdə yaşamaqdan bezmişəm. Ailəylə çox çətindi, çatdıra bilmirəm. Demək olar ki, bütün müvafiq qurumlara müraciət etmişəm, amma köməklik göstərilməyib.

“Həyat yoldaşım ağ ciyər xəstəsidi...”

Ailəliyəm və iki övladım var: bir oğlan və bir qız. Həyat yoldaşım ağ ciyər xəstəsidi. Özüm ikinci qrup Qarabağ əlili və həm də şəkər xəstəsiyəm. Əmək qabliyyətimi itirmişəm. Cəlilabad rayonunda 2009 – cu ildən mənzil növbəsinə durmaq üçün sənədlərimi təqdim etmişəm. Amma, çox təəsüflər olsun ki, bu günə kimi mənə ev verilməyib.

“Mənim evlə təmin olunmağım üçün heç bir köməklik göstərilməyib...”

Bu günə kimi ölkə başçısına, Mehriban xanıma, Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsəm də, əfsuslar olsun ki, mənim evlə təmin olunmağım üçün konkret olaraq heç bir köməklik göstərilməyib. Xahiş edirəm, mənə köməklik göstərsinlər. İlk dəfədir ki, media qarşısına çıxıram. On dörd ildir ki, kirayələrdə yaşayıram. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO