Azərbaycan İdeyası

17 yaşlı qızın ölümü ilə bağlı cinayət işi başlanıb

Tarix:24-08-2016, 10:40
Baxış Sayı:422

17 yaşlı qızın ölümü ilə bağlı cinayət işi başlanıb
Gəncə şəhərində Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Gəncə şəhər prokurorluğundan məlumat verilib.

Bildirilir ki, avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanmışdır.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri istintaq tədbirləri aparılmışdır. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. (“Trend”) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO