Azərbaycan İdeyası

Nabranda gənc qızla gecə əyləncəsi və dəhşətli qətl

Tarix:24-08-2016, 10:55
Baxış Sayı:395

Nabranda gənc qızla gecə əyləncəsi və dəhşətli qətl
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nabranda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü 2 nəfər Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, qətl keçən il iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. 20 yaşlı Hüseyn Rüstəmov Nabrana tələbə yoldaşları ilə birgə istirahətə gəlibmiş. Orda gənclər əylənmək istəyib.

Bu zaman onlar oraya intim xidmətlər göstərən gənc bir qadını çağırıblar. Əylənəndə sonra qadının dalınca gələn taksi sürücüsü Famil Məmmədovla gənclərin arasında ciddi mübahisə düşüb. Taksi sürücüsü tələbələrdən əlavə pul tələb edib. Münaqişə nəticədə taksi sürücüsü qətlə yetirilib. Hadisə ilə bağlı Ramin Abbaslı və Hüseyn Rüstəmov saxlanılıb.

Hüseyn Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), Ramin Abbaslı isə həmin məcəllənin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham ediliblər. Xatırladaq ki, hər iki şəxs Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Hüseyn Rüstəmov 17 il müddətinə azadlıqdan məhrum edilib. Ramin Abbaslı isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb