Azərbaycan İdeyası

Məhkəməyə sərxoş gələn şəxs: ''Hakim bəy, Aygünü buraxın, məni tutun''

Tarix:26-08-2016, 12:21
Baxış Sayı:340

Məhkəməyə sərxoş gələn şəxs: ''Hakim bəy, Aygünü buraxın, məni tutun''
Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı olan şəxsi bıçaqlamaqda təqsirləndirilən Aygün Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, məhkəmədə şahid qismində Elşən Ağayev ifadə verib. Məhkəməyə sərxoş halda gələn E.Ağayev bu vəziyyətini məhkəmə heyyətinə izah edə bilməyib və belə deyib: “İşlərim çox olur. Elə məhkəməyə çağırılanda da işdə idim”.

O, dəfələrlə məhkəməyə çağırılsa da gəlməyib. E.Ağayev rayonlarda işlədiyini və bu səbəbdən də vaxtında məhkəməyə gələ bilmədiyini söyləyib. Hadisə ilə bağlı ifadə verən E.Ağayev deyib ki, bıçaqlanan Daşqın Hüseynovu tanıyıb. Və hadisə baş verən gün onu xəstəxanaya aparıb. O, bu hadisə ilə bağlı əlavə heç nə bilmədiyini deyib. Şahid ifadəsində hadisə günü olanları xatırlamadığını və A.Quliyevanı tanımadığını dediyi üçün istintaqa verdiyi ifadəsi elan olunub.

O, istintaqa ifadəsində bunları deyib: “Daşqını qarnından bıçaqlamışdılar. Qanın içində idi. Onu xəstəxanaya apardıq. Aygün aralarında olan mübahisədən sonra Daşqını vurmuşdu. Daşqın dedi ki, onu Aygün vurub”. Daha sonra hakimlərin “təqsirləndirilən şəxsi tanımırsansa, onun adını hardan bilirsən” sualı qarşısında çaşqın qalan Elşən Ağayev deyib ki, bu işdə yeganə günahkar bıçaqlanan tanışı Daşqın olub. “Hakim bəy, mən sizdən xahiş edirəm ki, Aygünü buraxın. Onun günahı yoxdur. Məni tutun. Mən onun yerinə yataram. Onsuz da mən bura girəcəm. İcazə verin indi girim. Çox xahiş edirəm Daşqın pis adamdır”- deyə E.Ağayev ifadəsində bildirib.

Təqsirləndirilən Aygün Quliyeva da çıxışında günahın Daşqında olduğunu deyib: “O, kişi deyil. Kişi niyə qadına əl qaldırır? Başıma o qədər yumruqla vurdu. Mən də özümü müdafiə etmək üçün onu vurdum”.

Məhkəmə prosesi sentyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhər sakini Daşqın Hüseynov öz evində münasibətdə olduğu Ayqun Quliyeva tərəfindən bıçaqlanıb. Hadisəni törədən Qubadlı rayon sakini Aygün Quliyeva Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Məlum olub ki, hadisəni törədən zaman Aygün Quliyeva sərxoş olub.

O, Daşqın Hüseynovla şəxsi münasibətlər zəminində mübahisə edib və sonda da qanlı cinayət hadisəsi törədilib. A.Quliyeva Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb