Azərbaycan İdeyası

Ziya Məmmədovun daha bir səlahiyyəti ƏLİNDƏN ALINDI

Tarix:6-09-2016, 10:36
Baxış Sayı:285

Ziya Məmmədovun daha bir səlahiyyəti ƏLİNDƏN ALINDI
Nazirlər Kabineti "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nda dəyişiklik edib.

Criminal.az APA-ya istinadən xəbər verir ki, bu Qaydalar dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir. İndiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız Nəqliyyat Nazirliyinin icazəsi ilə yol verilib.

Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyəti ləğv edilərək "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə verilib. Xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yol və yolətrafı reklamlar dəmir yol nəqliyyatının normal fəaliyyətinə maneə yaratmamalı, görməni pisləşdirməməlidir. Reklamların yerləşdirilməsi hərəkətin təhlükəsizliyinə ziyan vurmamalı, "Reklam haqqında" qanunun ilə nəzərdə tutulmuş digər tələblərə cavab verməlidir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO