Azərbaycan İdeyası

Bakıda kafedə kütləvi dava düşdü, yaralılar var

Tarix:7-09-2016, 11:19
Baxış Sayı:371

Bakıda kafedə kütləvi dava düşdü, yaralılar var
Suraxanıda kütləvi dava baş verib. Criminal.az saytı APA-ya istinadən xəbər verir ki, insident Qum adasında yerləşən kafelərin birində qeydə alınıb. Kafedə sərxoş olan Cəfər adlı şəxs 20 yaşlı Musa Hüseynovla mübahisə etməyə başlayıb. Kafenin sahibi olan Musa Hüseynovun qardaşı Cəfəri sakitləşdirib.

Daha sonra Cəfər qəfildən əlinə bıçaq alaraq kafenin sahibinə hücum edib. Bu zaman Musa Hüseynov qardaşının qarşısına keçib və nəticədə Cəfər onu bıçaqlayıb. Musa Hüseynovdan başqa, Cəfər onun dostları - 20 yaşlı Oqtay Yusifov və 26 yaşlı Səbuhi Hüseynova da bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, üzərində çoxsaylı bıçaq xəsarətləri olan Musa Hüseynov dərhal əməliyyata götürülüb. Həkimlər onun həyatını xilas edə biliblər. Digər yaralılara isə, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Hadisə yerindən qaçan Cəfər adlı şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Faktla əlaqədar cinayət işi başlanıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb