Azərbaycan İdeyası

Korrupsiya və Qanun

Tarix:16-10-2015, 17:17
Baxış Sayı:444

Zakir Fərəcov əyyamından qalma borclar
Abşeron İcra Hakimiyyətinin Təmir-Tikinti Sahəsi işçilərin əmək haqqını bir ildir ki, vermir
Əmək münasibətləri sistemində yaranan mübahisələrin tənzimlənməsi üçün qanunvericilikdə kifayət qədər hüquqi mexanizmlər olsa da, tərəflər bir çox hallarda məhkəməyə müraciət etməyə tələsmir, buna gərək olmadan da həllə nail olacaqlarına ümid edirlər.
Özəl müəssisələrdə bu tip mübahisələrin tez-tez düşməsini hardasa başa düşmək olar. Dövlət idarə, müəssisə və təşkilatlarında işçilərin əmək haqqının verilməməsini isə kifayət qədər inandırıcı arqumentlə izah etmək çətindir. Nədən ki, dövlətimiz iqtisadi cəhətdən güclüdür, dünyada gedən maliyyə böhranı da Azərbaycana hələ o qədər güclü təsir etməyib ki, dövlət sektorunda işləyənlərin maaşları verilməsin.
Abşeron Rayon İcra Hakimiyyətinin hesabatlarına baxanda istər sabiq başçının dönəmində, istərsə də indiki rayon rəhbərinin vaxtında Abşeronda qiyməti böyük məbləğlərlə ölçülən təmir-tikinti işlərinin həyata keçirildiyi məlum olur. Amma deyəsən işçi qüvvəsi havayıdır. Xəzər rayonunun Mərdəkan qəsəbəsi sakini, Əzizbəyov küçəsi, dalan-1, ev-2-də yaşayan Cəlilova Namizə Fikrət qızı redaksiyamıza şikayət ərizəsi ilə müraciət etmişdir. Vətəndaş Cəlilova ərizəsinin əvvəlində məlumat verir ki, 2006-cı ilin iyun ayından Abşeron rayon İcra Hakimiyyətinin Təmir-Tikinti İdarəsində İstehsalat Şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2014-cü ilin aprel ayından 2015-ci ilin mart ayına kimi əmək haqqını ala bilmədiyi üçün işdən azad olmaq məcburiyyətində qalmışdır. Dəfələrlə Abşeron Rayon TTS-nə, Rayon İcra Hakimiyyətinə müraciət etməsinə baxmayaraq, bu barədə heç bir tədbir görülməyib. 26 may 2015-ci il tarixli SS 194614011 Az saylı sifarişli məktubla, 01 iyul 2015-ci il tarixli 00015258431 saylı teleqramla rəsmi müraciətləri də nəticəsiz qalmışdır. Nəhayət, 2015-ci ilin avqust ayında sifarişli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Əleyhinə Mübarizə İdarəsinə müraciət edəndən sonra həmin instansiyadan cavab almışdır ki, ərizəsi araşdırılmaq üçün Abşeron Rayon İcra Hakimiyyətinə göndərilmişdir. 11 sentyabr 2015-ci il tarixdə İcra Hakimiyyəti başçısının müavini Faiq Kərimovun imzası ilə ona məlumat verilib ki, idarənin büdcəsində vəsait yoxdur və idarənin maliyyə vəziyyəti yaxşılaşdıqdan sonra qalan əmək haqqı ödəniləcək.
Cəlilova həm də onu qeyd edir ki, şəkər xəstəliyindən əziyyət çəkdiyindən, təcili müalicəyə ehtiyacı var, bu isə xərc tələb edir. Başa düşüləndir ki, pulu indilərdə ödənilməsə, səhhəti bərpa olunmayan itkilərə məruz qala bilər.
Şikayətçi redaksiyaya ünvanladığı ərizəsinə əlaqədar qurumlarla məktublaşmalarının surətlərini, əmək haqqı arayışını, xəstəlik haqqında “tibb kitabçası”ndan çıxarışı da qoşma etmişdir. Daha təəccüb doğuran hal budur ki, ona verilən əmək haqqı arayışında guya məvacibini tam aldığı göstərilmişdir. Məlumat üçün onu da qeyd edir ki, bu ilin aprel-may aylarında sözügedən idarənin bir qrup işçisi eyni problemlə əlaqədar Rayon İcra Hakimiyyətinə şikayət etmiş və onların əmək haqqları ödənilmişdir.
Şikayətçi öz ərizəsində RİH başçısının müavininə ünvanlı haqlı bir sual ortaya qoyur: “İdarənin maliyyə vəziyyətinin necəliyi bütün işçilərə aiddir, ya bir qisminə? Şikayətə cavab verməzdən əvvəl bu məsələni araşdırmaq lazım idi. Ən azı bu, sizin vəzifə borcunuzdur”.
Xatırlatmağa borcluyuq ki, əmək haqqı, pensiya və müavinətlər idarə, müəssisə və təşkilatlarda birinci növbədə müdafiə olunan xərclərdir. Digər xərclər, kreditorlarla hesablaşmalar ikinci dərəcəli hesab olunurlar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb