Azərbaycan İdeyası

Korrupsiya və Hüquq

Tarix:16-10-2015, 17:34
Baxış Sayı:464

"Daşürək xalalar"

Zaqataladakı 7 saylı bağçada oyuncaqlar uşaqlardan daha qiymətli tutulur

Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindən alınıb rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyətlərinin sərəncamına verildikdən sonra, ilk əvvəl bu tip müəssisələrdə işin xeyrinə müəyyən addımlar atılsa da, çox keçmədən vəziyyətin müsbətə doğru dəyişəcəyinə bəslənilən inamı azaldan meyllər müşahidə olunmağa başladı. Məlum oldu ki, yaxşı olanların hamısı üstgörüntüdür, “batində” isə mənzərə elə də ürəkaçan deyildir. Zaqatala şəhərindəki 7 saylı uşaq bağçasında olduğu kimi.
Sözügedən uşaq müəssisəsində ilk baxışda səliqə-sahman diqqəti çəksə də, müşahidəli göz asanlıqla təyin edə bilər ki, bütün bunlar məhz elə bağçaya təşrif buyuran qonaqlarda xoş görüntü yaratmaq üçündür. Ən əvvəl bu faktdan başlayaq ki, bağçada nə müdirə, nə də əksər işçilər yerlərində deyildilər. Bir uşaq başlı-başına, baxımsız qalıb ağlayırdı. Sanki sərgilənirmiş kimi (yəqin komissiyaya göstərilməkçün) şkaflara sahmanla yığılmış oyuncaqlardan birini götürüb ona verdik. Uşaq sanki bunu gözləyirmiş kimi səsini kəsdi. Və sanki uşağın səsinin kəsilməsinə təəccüblənirmiş kimi bağçanın əməkdaşı Nuranə Əliyeva hövlnak özünü yetirdi. Kimliyimizi öyrənəndən sonra, öz adını və işlədiyi vəzifəni söylədi: “Xala işləyirəm”.
Bilirdik ki, uşaq müəssisələrindəki ştat cədvəlində “xala” deyilən vəzifə olmur. Amma bir də fikirləşdik ki, bu qəbildən olan müəssisələr hansı səbəbdən “bağça”, ara həkiminə hansı səbəbdən “mamaça” deyilirsə, niyə elə o səbəbdən dayəyə, tərbiyəçiyə bərabər tutulan vəzifənin sahibinə “xala” deyilməsin?: bəlkə xəbərimiz yoxkən, dilimiz, leksikonumuz dəyişib? Burası Azərbaycandı – nə desən olar…
Çox keçmədən tərbiyəçilərdən Firuzə Davudova gəlib çıxdı. Bağçanın fəaliyyəti barədə məqalə hazırlamaq niyyətimizi öyrənəndən sonra zəng vurub müdirəni məsələdən hali elədi. İlk əvvəl bağça müdirəsi Gülzar Teyyubova bizimlə danışmağa meyl göstərməsə də, bir az sonra bu sətirlərin müəllifinin mobil telefonunun nömrəsinə zəng vurub heç nə yazmamağımızı “məsləhət” gördü. Səbəbini soruşduqda isə, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, şantaj üsuluna keçdi: “Bizim bağçanı pisləyəcək olsanız, deyəcəyəm ki, rüşvət istədilər, vermədik, ona görə tənqid yazıblar”.
Müdriklərdən biri deyib ki, dünyanın ən möhtəşəm sarayının belə inşası bir uşağın ağlamasına səbəb olubsa, o saray dağılmağa, yerlə-yeksan olmağa məhkumdur. 7 saylı bağçada ağlayan gördüyümüz uşağın göz yaşlarını necə silməyimizi heç unuda bilmirik. Sözsüz, həmin uşaq tək o gün ağlamayıb, ona qədər də ağlayıb, sonra da ağlayacaq. Həm də tək o yox, digər uşaqlar da ağlayır və ağlayacaqlar. Ağladılacaqlar. Onlara qarovul çəkib ovunduran nəvazişkar, qayğıkeş ürək sahibləri lazım. O ürək ki, bu məqalədə adlarını çəkdiyimiz “xalalarda” yoxdu.

Ceyhun Dadaşov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
kemi 16 sentyabr 2017 12:00
  Жалоба     
The slotted seat design system allows the engine stator cover rider to position the seat ‘up and forward’ for dynamic riding in motorcycle helmet security bag a roadster position and ‘down and backwards’ for cruising in a more traditional riding saddle bag for sale position. This is complimented by a simple quick-release function for the clocks that front fork bag enables riders to adjust the position to complement their seating and riding style.
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO