Azərbaycan İdeyası

''Ərim evdə olmayanda Sədini çağırırdım, intim əlaqədə olurduq'' - Bakıda qatil həkim

Tarix:14-09-2016, 16:00
Baxış Sayı:293

''Ərim evdə olmayanda Sədini çağırırdım, intim əlaqədə olurduq'' - Bakıda qatil həkim
Sevgilisi ilə birləşərək ərini qətlə yetirən, onun meyitini doğrayaraq hissələrə parçalayan, cəsədi paytaxtdan İsmayıllıya apararaq oradakı meşəlikdə basdıran cütlüyün – Sədi Məmmədovun və Lalə Mahmudovanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir. Sözügedən qətl hadisəsi ötən ilin sentyabr ayının 26-da baş verib. İşdən evə sağ-salamat qayıdan Kamran Mahmudov elə həmin gecə yatdığı yerdə vəhşicəsinə qətlə yetirilib. Ailə başçısının bu cür qəddarlıqla öldürülməsinə səbəb nə olub? Bu barədə bizim reportajda…

“İtkin” düşən ər

Kamran Mahmudovun telefonuna zəng çatmadığını görən qardaşı Elçin Mahmudov polisə müraciət edib. Əvvəlcə mərhumun itkin düşməsi versiyası ortaya atılıb. Buna səbəb Lalənin izi azdıraraq ərinin xarici pasportunun evdə olmadığını deməsi olub.
Daha sonra məlum olub ki, əslində Kamran nəinki ölkədən, heç şəhərdən kənara çıxmayıbmış. Çox keçmir ki, tibb bacısı işləyən Lalənin zərgər sevgilisi Sədi ilə birləşərək Kamranı qəddarcasına qətlə yetirdiyi bəlli olur.

Zərgər “dəqiqliyi”

Hər ikisi ailəli olan Lalə ilə Sədi arasında sevgi münasibətləri 6 il öncə başlayıb. Belə ki, qızıl və gümüş məmulatlarının alqı-satqısı ilə məşğul olan Sədi Lalənin anasına məxsus mağazanı icarəyə götürüb. Onların ilk tanışlıqları da buradan başlayıb. Aralarında əvvəlcə işgüzar, daha sonrasa sevgi münasibətləri yaranıb. Cütlük əvvəlcə gözdən iraq yerlərdə – müxtəlif otellerdə görüşsə də, sonradan Sədi qadının evinə ayaq açıb. Bu münasibətlər getdikcə intensiv şəkil alıb və Lalə ərindən, ailəsindən büsbütün soyuyub.

L.Mahmudova isə istintaqa verdiyi ifadəsində bunun səbəbini Kamranın ona diqqət, qayğı göstərməməsi ilə izah edib. Son zamanlar Lalənin özünə əvvəlkinə nisbətən daha çox fikir verməsi, bəzənib-düzənməsi ərinin gözündən yayınmayıb, arvadından şübhələnməyə başlayıb.

Yeni ailə qurmaq üçün əri qətlə yetirmək lazım imiş

Nəhayət, sonda Kamranı öldürüb özlərinə yeni həyat qurmağı planlaşdırıblar. Təklif qadının sevgilisindən – Sədi Məmmədovdan gəlib. İstintaqa verdiyi ifadəsində Sədi göstərib ki, Lalə dəfələrlə ərindən boşanamağa cəhd etsə də, alınmayıb. Ərinin ondan şübhələndiyini sevgilisinə çatdırdıqdan sonra Sədi qətl planını reallaşdıracaqları günü dəqiqləşdirib. İlk dəfə 2014-cü ilin may ayında qətl planını həyata keçirmək istəyiblər. Amma Sədi Məmmədovun motosikletlə qəza törətməsi onların cızdığı planı ertələyib. Belə ki, S.Məmmədovun uzun müddət xəstə yatması səbəbindən cinayəti təxirə salmağa məcbur olublar. Tam bir il keçdikdən sonra isə sözügedən amansız qətli reallaşdırıblar.

Güllələnən və cəsədi parçalanan ailə başçısı

2015-ci ilin sentyabr ayının ortalarından etibarən L.Mahmudova və S.Məmmədov Kamranı necə öldürməklə bağlı söhbətlər aparıblar. İmkan düşən kimi bu qətli həyata keçirmək üçün S.Məmmədov sellofan torbalar, torbaları bağlamaq üçün ilgəklər alaraq Laləyə verib. Lalə həmin əşyaları özünə məxsus avtomobilə qoyaraq yaşadığı mənzilə gətirərək orada gizlədib. Sentyabrın 26-da S.Məmmədov Laləyə “WhatsApp”la mesaj yazaraq, əri evə gəldikrən sonra ona xəbər verməsini və mənzilin qapısını açıq qoymasını tapşırıb. Gecə saatlarında Kamran Mahmudov evə gəldikdən sonra Lalə bu barədə Sədini məlumatlandırıb. S.Məmmədov özü ilə odlu silah götürərək Lalənin yaşadığı ünvana yollanıb. Mənzilə daxil olaraq Kamranın yatdığı otağa keçib, ona baş nahiyəsindən üç dəfə atəş açıb.
Öldüyündən əmin olduqdan sonra meyiti sürüyərək hamama gətiriblər. Kamranın başı içəridə, ayaqları isə dəhlizdə qalıb. Meyiti çəkərək ayaqlarını da içəri salıblar. Sonra Sədi özü ilə gətirdiyi çantadan mətbəx bıçağı və dəmirkəsən mişarı götürüb, vanna otağını bağlayıb: “Təxminən iki saat meyiti hissələrə ayırdım. Meyiti Laləyə verdiyin sellofan torbalara yığdım, ağızlarını ilgəklərlə bağladım. Cəsədi 15 kisəyə yığdım. Vanna otağındakı qanı yuyub təmizlədim. Sonra isə meyitin hissələri dolu kisələri maşına yığdım. Artıq hava işıqlanırdı. Oradan birbaş İsmayıllı rayonunun Talıstan kəndinə getdim”.

S.Məmmədov yolda olarkən qardaşı Əliyə zəng vuraraq əkməyə ağac gətirəcəyini deyib, ona yer qazmağı tapşırıb. Əli də qardaşının sözünə əməl edib. Sədi kəndə gedərək içərisində meyit olan kisələri həmin yerdə basdırıb. Meyiti basdırdığı yerin üzərinə çınqıl töküb, ətrafda ocaq qalayıb ki, bilinməsin. Kamrana atəş açdığı silahı isə elə həmin kənddə yardımçı tikilidə gizlədib.

“Ərimi heç vaxt sevməmişdim”

Tibb bacısı, iki övlad anası olan Lalə Mahmudovanın həyat yoldaşı Kamran Mahmudov Nərimanov rayonu ərazisindəki “Fullmart” adlı marketin direktoru olub. L.Mahmudova ifadəsində ərinin maddi cəhətdən onları normal təmin etmədiyini, qadın kimi ona qayğı, diqqət göstərmədiyini bildirib. Ər-arvad arasında soyuqluq isə ailəni uçuruma aparıb. Qadın ərindən boşanaraq Sədi ilə ailə qurmaq istəyib. Amma boşana bilməyəcəyini görüncə, ərini qətlə yetirməyə razılaşıb: “Sədi ilə gizli görüşməkdən yorulmuşdum. Kamransa boşanmaq istəmirdi. Ürəyimdə Kamrana qarşı heç bir hiss qalmamışdı, ümumiyyətlə, heç vaxt onu sevməmişdim. Sədini isə sevirdim”.

Qanlı gecə, doğranan cəsəd L.Mahmudova qətl gecəsi barədə belə deyib: “Kamran gecə saat 2-də işdən qayıtdı. Yataq otağına keçib yatdı. Sədiyə telefonla ismarıc göndərdim, Kamranın gəldiyini xəbər verdim. Bir qədər sonra Sədi gəldi, Kamranın yatdığı otağa keçdi. Taqqıltı səsi gələndə Kamranı vurduğunu bildim. Meyiti sürüyüb hamama gətirdik. Mən iki saat mətbəxdən çıxmadım. Sədinin hamam otağında nəsə kəsməsi səslərini, o cümlədən mişarla kəsmə səsləri eşitdim. Səslərdən başa düşmüşdüm ki, Sədi əvvəlcədən dediyi kimi, Kamranın meyitini doğrayır”.

Bir qətlin izi ilə və kamera görüntüləri

Ertəsi gün Kamranın qohum-əqrəbası onu axtarmağa başlayıb. Lalə isə onlara deyib ki, saat 9-da evdən çıxıb işə gedəndə Kamran evdə yatırmış. Mərhumun qardaşı Elçin Mahmudov istintaqa ifadəsində bildirib ki, qardaşının itkin düşməsi ilə bağlı polisə müraciət etmək istəyəndə Lalə ona evdən 12 min dolların oğurlanmasını deməməsini xahiş edib. Lalənin bu sözləri Elçini şübhələndirib.
Belə ki, qətldən iki ay əvvəl Kamranın evindən naməlum şəraitdə 12 min dollar pul yoxa çıxıb. Pulun kim tərəfindən götürülməsini araşdırarkən onlarda şübhə yaranıb ki, pulu Lalənin qardaşı qızı oğurlayıb və görüşdüyü oğlana vermiş ola bilər. Elçin qardaşının evindən çıxarkən yaxınlıqdakı “İzmir Plaza”nın müşahidə kamrerasını görüb. Onlardan xahiş edərək, həmin gecənin kamera görüntülərini alıb.

Elçin kamera görüntülərində müşahidə edib ki, qardaşı Kamran sentyabrın 26-da gecə saat 01:20 dəqiqədə evə gəlib, ondan 10 dəqiqə sonra 10 KA 009 dövlət qeydiyyat nişanlı, BMW markalı naməlum avtomobil gələrək Kamranın avtomobili ilə üzbəüz saxlayıb. Həmin sürücü bir müddət avtomobildə oturub. Saat təxminən 03:00 radələrində düşərək qardaşının yaşadığı mənzilin dəhlizinə daxil olur. Müəyyən müddət keçəndən sonra isə həmin sürücü polietilen torbalarda nəsə daşıyaraq avtomobilə yığır. Elçin bu şübhəli şəxs barəsində polisə məlumat verir və görüntüləri onlara təqdim edir. Bununla da işin üstü açılır.

Məhkəmə prosesi şahid ifadələri ilə davam edir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO