Azərbaycan İdeyası

Korrupsiya və Hüquq

Tarix:16-10-2015, 17:41
Baxış Sayı:421

Xaləddin İsgəndərovun “qoçuları” ev yıxmaqda davam edirlər

Tavanları başlarına uçuranlar KİV-ə üz tutdular

Məhkəmə qərarı olmadan heç kəsin tikdiyini heç kəs sökə bilməz. İnsanların təməl hüquqlarından olan mülkiyyət hüququ bunu tələb edir. Bu hüquq Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunmağına baxmayaraq, çox vaxt icra hakimiyyəti orqanları öz səlahiyyətlərini aşaraq, məhkəmə icraçıları kimi çıxış edir, vətəndaşların evini yıxır, fiziki və hüquqi şəxslərin obyektlərini yerlə-yeksan edirlər.
Redaksiyamızın poçtuna bir qrup vətəndaşın şikayət ərizəsi daxil olmuşdur. Həşimov Rafiq Qardaşəli oğlu, Zərbəlizadə Asif Qala oğlu, Feyzullayev Fərid Bayram oğlu və Hacıyev Ruslan Adil oğlu bildirirlər ki, Binəqədi rayonu ərazisində Dərnəgül qəsəbəsi, 3105-ci məhəllədə birincinin mülkiyyətində, onların icarəsində olan və təmir etdirdikləri xidmət (servis) obyektinin tavanını 06.09.2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin nümayəndələri kimi özlərini təqdim edən şəxslər traktorla vurub dağıdıblar. Niyə belə etdiklərini soruşduqda isə deyiblər ki, “köhnə olsaydı sökməzdik, təzədi deyə sökürük”.
Zərərçəkənlərdən A.Zərbəlizadə dəyən ziyanın 5 min manat məbləğində olduğunu bildirərək, ədalətin bərpası naminə problemin kütləvi informasiya vasitələrində ictimailəşdirilməsini xahiş edir.
Yeri gəlmişkən qeyd edək ki, Binəqədi İcra Hakimiyyətinin fəaliyyətində ev yıxmaq praktikası geniş yayılıb. Cənab Xaləddin İsgəndərov rayona başçı vəzifəsinə təyin olunandan sonra bu mənfi tendensiya daha da güclənib.
Şikayətçilər ərizəyə Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən obyektə verilmiş texniki pasportun surətini də qoşma etmişlər. Göründüyü kimi, Binəqədi RİH başçısı Xaləddin İsgəndərovun “qoçularının” bu evyıxan əməlləri rayonda həm də sahibkarlığın inkişafına yönəlik dövlət siyasəti ilə daban-dabana ziddiyyət təşkil edir.
“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
kemi 16 sentyabr 2017 11:58
  Жалоба     
This alcoholic beverage is a true Helmet Bags tribute to the bike culture. Every time saddle bag for motorcycle he discovered a rare motorcycle, the German bike enthusiast decided the best way to preserve the spirit of motorcycle leather tool bag the old machine was to Side Door Bags dip its parts in an actual spirit. Thus, The Archeologist was born.
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı