Azərbaycan İdeyası

ABŞ-a mühacirət edən prokuror - ''İşdən çıxarılandan sonra...''

Tarix:16-09-2016, 09:54
Baxış Sayı:375

ABŞ-a mühacirət edən prokuror - ''İşdən çıxarılandan sonra...''
“Mən Rüfət Səfərovla dost olmuşam. O işdən çıxandan sonra da münasibətlərimiz qalıb. Onun həbsinə təəssüfümü bildirirəm. Allah qapısını açsın. Məni işdən azad edərkən, intizam məsələsi əsas gətirilib”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında “üsyankar müstəntiq” Rüfət Səfərovla münasibətlərinə görə Qubadlı Rayon Prokurorunun köməkçisi vəzifəsindən azad olunan Adil Məmmədov söyləyib.

Xatırladaq ki, iki gün öncə Gununsesi.info Adil Məmmədovun Rüfət Səfərovla dostluq əlaqələrinə görə, prokurorluqdan xaric edildiyi və Amerika Birləşmiş Ştatlarına mühacirət etməsi barədə xəbər yayıb. Həmin xəbərdə bildirilir ki, Rüfət Səfərovla yaxın münasibətləri olan Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov sabiq müstəntiqin istefasından sonra davamlı olaraq, onunla telefon əlaqəsi yaradıb və bir neçə dəfə görüşləri olub.

Bu yaxınlığının güdazına gedən Adil Məmmədov “15 dəqiqə işə gecikməsi” səbəbiylə prokurorluq orqanlarından xaric edilib. Bu yaxınlarda isə müxtəlif yollarla Amerikaya yollanan sabiq prokuror Rüfət Səfərovla yaxınlığını sübut edən yazışmaları, birgə fotolarından istifadə edərək, Kaliforniyada oturum ala bilib. Saytımıza açıqlamasında Adil Məmmədov ABŞ-a köçdüyünü təsdiqləsə də əlavə bir söz deməyəcəyini bildirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb