Azərbaycan İdeyası

Restoranda toydan sonra süfrədə qalan yemək davası - VİDEO

Tarix:16-09-2016, 09:57
Baxış Sayı:417

Restoranda toydan sonra süfrədə qalan yemək davası - VİDEO
Toy sahibləri restoran rəhbərlərindən şikayət edirlər. Onların toydan sonra stolun üzərində qalan yemək və içkiləri aparmağa icazə vermədiklərini deyirlər. İnsanların sözlərinə görə, restoran rəhbərləri bunu bilərəkdən edirlər. Restoran rəhbərləri isə səsləndirilən iddiaları əsassız adlandırırlar.

Bəy və gəlinin ailəsinə toy bitdikdən sonra 7 nəfərlik yemək təqdim etdiklərini, qane olmadıqları təqdirdə isə stoldakıları da aparmağı təklif etdiklərini söyləyirlər. Deyilənlərə görə şirə və içkilərdən başqa köhnə yeməklər süfrəyə düzülmür.

Restoran rəhbərləri deyir ki, toy sahibləri mətbəxə nəzarətçi də təhkim edə bilər. Bir sıra restoran rəhbərləri isə deyir ki, stolda qalan yeməkərin aparılması məsələsi toy danışığı zamanı razılaşdırılmalıdır.

Maraqlısı budur ki, restoran sahibləri qonaq gəlmədikdə belə onun üçün nəzərdə tutulmuş masanın pulunu tələb edirlər. Belə çıxır ki, müştəri bütün qonaqlar üçün verilən qidanın pulunu ödəmiş hesab olunur. Məntiqlə həmin qidaları özü ilə aparmağa ixtiyarı çatır.

Antiintisar Siyasəti və İstehlakçıları Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirdilər ki, əslində toy sahibi ilə restoran rəhəbərliyi arasında müqavilə imzalanmalı və bu məsələdə orada əksini tapmalıdır. Bu cür problemlərin əsas səbəbi də məhz ortada hüquqi bir sənədin olmammasıdır.(xezerxeber.com) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO