Azərbaycan İdeyası

“Gördük ki, heç kim yoxdur, götürüb Gəncəyə apardıq” - VİDEO+FOTO

Tarix:22-09-2016, 12:31
Baxış Sayı:315

“Gördük ki, heç kim yoxdur, götürüb Gəncəyə apardıq” - VİDEO+FOTO
Daşkəsəndə mal-qara oğruları əldə etdikləri pulu xərcləyə bilmədilər. Silsilə oğurluqlar törədən iki nəfərin gələcək niyyətini Daşkəsən polisi gözündə qoyub. Müxtəlif ərazilərdə ayrı-ayrı şəxslərə məxsus iri və xırda buynuzlu heyvanlara qənim kəsilənlər əldə etdikləri pulu xərcləməyə imkan tapmamış dəmir barmaqlıqlar arxasına düşüb. Saxlanılan şəxslərdən birinin əvvəllər xuliqanlıq etdiyi üçün məhkumluq həyatı yaşadığı da məlumdur. Daşkəsənin Bayan kənd sakini Etibar Alıyev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus ümumi dəyəri 280 manat olan iki baş xırda buynuzlu heyvanının oğurlandığını bildirib. Zərərçəkənin ərizəsi əsasında əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

Ceyhun Mustafayev- müstəntiq: “Araşdırmalar zamanı müəyyən olundu ki, Alıyev Etibar İlyas oğluna məxsus 2 baş xırda buynuzlu heyvanları Xoşbulaq kənd sakini Abbasov Teymur Polad oğlu və Gəncə şəhər sakini Verdiyev Mehman Naməddin oğlu əvvəlcədən razılaşaraq bir qrup şəxs təşkil etməklə oğurlayıblar”.

Saxlanılan 50 yaşlı Teymur Abbasov və 33 yaşlı Mehman Verdiyevin ətrafında aparılan istintaq əməliyyat tədbirləri zamanı bu onların ilk və son əməli olmadığı üzə çıxıb. Polis əməkdaşları müəyyən ediblər ki, hər iki şəxs Etibar Alıyevlə yanaşı, Füzuli Məmmədov və Kəmalə Tağıyevaya məxsus mal-qaraları da oğurluq yolu ələ keçiriblər. Onlar özgə malını özününküləşdirərək Gəncə şəhərində tanımadıqları şəxsə satıblar. Əldə etdikləri pulu isə dədə malı kimi öz aralarında bölüblər.

Teymur Abbasov- saxlanılan şəxs: “Hər yerdə yolla gedirdik. Yoldan çıxmamışıq. Baxırdıq ki, sahibsiz heyvandır onu aparırdıq. Beləcə oğurluqları törədirdik”.

Mehman Verdiyev - saxlanılan şəxs: “Şeytana lənət beynimizə gəldi, getdik oğurluq etdik. Gördük ki, heç kim yoxdur, götürüb Gəncə şəhərinə apardıq. Orada isə tanımadığımız qəssaba dəyər – dəyməzinə satdıq”.

İşin istintaqını aparan müstəntiq Ceyhun Mustafayev saxlanılan şəxslərin əməlindən zərərçəkənlərin sayının artacağını istisna etmir. Hazırda polis əməkdaşları Teymur Abbasov və Mehman Verdiyevin ətrafında istintaq araşdırmalarını davam etdirirlər. (ARB TV)
“Gördük ki, heç kim yoxdur, götürüb Gəncəyə apardıq” - VİDEO+FOTO [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb