Azərbaycan İdeyası

Keçmiş polis acınacaqlı durumda

Tarix:12-10-2016, 13:55
Baxış Sayı:326

Keçmiş polis acınacaqlı durumda
Quba sakini Abubəkir Cəfərov Sədulla oğlu qanuni pensiyasından tam məhrum edilib. Criminal.az saytı xəbər verir ki, bu barədə Politika.Az-a şikayət məktubunda qeyd olunub. O, Qubanın M.Ə.Rəsulzadə küçəsi, 77 nömrəli ev ünvanında qeydiyyatdadır.

Dediyinə görə, 1971-ci il tarixdən 01 yanvar 1991-ci il tarixə qədər Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsində starşina rütbəsi ilə xidmət edib, pensiyaya çıxıb. Belə ki, məhkəmə qətnaməsi olmadan bank kredit borcu “Kapital Bank” ASC-nin Quba filial tərəfindən A.Cəfərovun pensiyasının tam hissəsinə yönəldilərək A. Cəfərovun hətta qanunla nəzərdə tutulan yaşayış minimumundan məhrum edilməsi təmin edilib.

Nəticədə Cəfərov Abubək hətta bir çörək almaq iqtidarında deyil, aclığa məruz qalıb. Hazırda A.Cəfərov ölüm qabağı aclıq iztirablarını yaşayır. Prokurorluğa şikayət isə fayda verməyib. Vətəndaş daxili işlər naziri Ramil Usubovdan başqa heç kəsə ümid etmədiyini vurğulayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO