Azərbaycan İdeyası

Zindandan məktub... - 60 saylı KAMERA

Tarix:12-10-2016, 13:57
Baxış Sayı:267

Zindandan məktub... - 60 saylı KAMERA
Bu həyata bir deyil,bir neçə dəfə gəlmiş olsa idik,əvvəl şərəfsiz,daha sonra ləyaqətli ömür sürmək barədə düşünmək olardı.Müəyyən mənada...

Amma iş elə gətirib ki,bir kərə yaşayıb gedirik. Ona görə də bütün varlıq və mövcudiyyətini səfərbər edib ləyaqətli həyat tərzinə üstünlük vermək vacib şərtdir.Nədir bu tərz? Gördüyün haqsızlıqları dilə gətirib söyləmək,yazmaq,bəzənsə hayqırmaq,gücsüzləri əzənlərin eybəcər xarakterini hər fürsətdə ifşa etmək,külli hallında insanlıqdan yana olmaq,maddiyyatı deyil, mənəviyyatı önəmsəmək!

Doğrudur,bu dünyada, xüsusən Azərbaycanda belə yaşamaq bir qədər çətindir,amma mümkündür. Ona görə çətindir ki,sən iş və karyerandan dünənədək yoldaş-dost bildiklərindən,azadlığından,bəzənsə həyatından məhrum olub,ən yaxın əzizlərini məşəqqətli günlərə salıb rahat həyat tərzindən çıxdaş edə bilərsən...

Lakin həmin çətinlikləri dəf edə biləcək azad ruha,möhkəm iradəyə, hər bir zülmətin yekununun mütləq aydınlıq olacağına dərin inamdan qaynaqlanan zehniyyətə sahibsənsə,bu ləyaqətli həyatın mümkünlüyünü şərtləndirir. Bəli,mən çətinlikləri bir bucağa tulazlayıb,məhz mümkünlüyü irəli çəkirəm.!

Dostlar,bu sətirləri hörmətli vəkilim və dostum Bəhruz bəylə görüşün təsiri altında yazdım.Təbiriklərinizi mənə çatdırdı. Doğum günümə ifadə etdiyiniz xoş sözlər, bəlkə də qədərindən artıq verdiyiniz dəyər məndən ötrü çox qiymətlidir. Əmin ola bilərsiniz ki,hazırkı və sonrakı fəaliyyətim verdiyiniz qiyməti,etdiyiniz etimadı daha dolğun şəkildə doğrultmağa xidmət edəcəkdir. Azadlıqda görüşənədək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO